AZƏRBAYCAN SÜNİ İNTELLEKT OLİMPİADASI
AI AZERBAIJAN 2027
MİLLİ SEÇİM TURU ÜZRƏ RƏSMİ TƏLİMAT
|
Tarix
|
10 yanvar 2027-ci il
|
|
Başlama saatı
|
11:00
|
|
Keçiriləcək şəhərlər
|
Bakı, Naxçıvan və Gəncə
|
|
İştirakçılar
|
5–11-ci sinif şagirdləri
|
|
Format
|
Əyani, çoxseçimli imtahan
|
|
İştirak haqqı
|
Ödənişsiz
|
Azərbaycan üzrə rəsmi təşkilatçı
GLOBAL OLYMPIAD CENTER
1. ÜMUMİ MƏLUMAT VƏ MƏQSƏD
Süni intellekt
XXI əsrin ən mühüm strateji istiqamətlərindən biri olmaqla, təhsil, elm,
texnologiya və iqtisadiyyat daxil olmaqla bütün sahələrdə innovasiya və
transformasiyanın əsas hərəkətverici qüvvəsinə çevrilmişdir.
Azərbaycan Süni
İntellekt Olimpiadası (AI Azerbaijan) Global Olympiad Center tərəfindən təşkil
olunur. Proqramın məqsədi məktəblilər arasında riyazi və məntiqi düşüncə mədəniyyətini
inkişaf etdirmək, analitik potensiala malik şagirdləri üzə çıxarmaq və süni
intellekt sahəsinə marağı gücləndirməkdir.
Milli Seçim Turu
olimpiadanın ilkin qiymətləndirmə mərhələsidir. Bu mərhələdə iştirakçıların riyazi
təfəkkürü, məntiqi düşünmə bacarığı, ardıcıllıq qurma, məlumatı təhlil etmə və
sadə alqoritmik modelləşdirmə qabiliyyəti yoxlanılır.
|
Mühüm keçid qaydası
Hər kateqoriya üzrə ən yüksək nəticə
göstərən ilk 30% şagird Milli Final mərhələsinə vəsiqə qazanacaqdır.
|
2. İŞTİRAKÇILAR VƏ KATEQORİYALAR
Olimpiadada Azərbaycan
Respublikasında və xaricdə fəaliyyət göstərən məktəblərin 5–11-ci sinif şagirdləri
iştirak edə bilərlər. Qiymətləndirmənin yaş və təhsil səviyyəsinə uyğun
aparılması üçün iştirakçılar iki kateqoriyaya bölünür:
|
Kateqoriya
|
Sinif aralığı
|
Əsas qiymətləndirmə istiqaməti
|
|
Junior
Division
|
5–8-ci siniflər
|
Fundamental
riyazi düşüncə, ardıcıllıq, faiz, proporsiya və məntiqi əlaqələr
|
|
Senior
Division
|
9–11-ci siniflər
|
Dərin
riyazi analiz, kombinatorika, ehtimal, analitik və alqoritmik modelləşdirmə
|
Hər iki
kateqoriya üzrə imtahanın strukturu və qiymətləndirmə prinsipi eynidir.
Tapşırıqların çətinlik səviyyəsi iştirakçıların yaş qrupuna uyğunlaşdırılır.
3. İMTAHANIN STRUKTURU
|
Sual sayı
|
25 sual
|
|
Sual formatı
|
Çoxseçimli – A, B, C, D və E
variantları
|
|
İmtahan müddəti
|
60 dəqiqə
|
|
Maksimum nəticə
|
100 bal
|
|
İmtahan dili
|
Rəsmi təqdim olunan dil
variantları üzrə
|
4. SUAL BÖLMƏLƏRİ VƏ SİLLABUS
|
№
|
Bölmə
|
Sual sayı
|
Əhatə olunan istiqamətlər
|
|
1
|
Ədədlər və nisbətlər
|
5
|
Ədədi
ardıcıllıqlar, faiz, orta göstəricilər və proporsiyalar
|
|
2
|
Riyazi məntiq və arqumentasiya
|
7
|
Tənliklər,
istisnalar, məntiqi nəticələr və analitik düşünmə
|
|
3
|
Kombinatorika və ehtimal
|
4
|
Permutasiya,
kombinasiya, sayma üsulları və hadisə ehtimalı
|
|
4
|
Qrafik və cədvəl analizi
|
4
|
Cədvəl,
diaqram və qrafiklərdən nəticə çıxarma
|
|
5
|
Alqoritmik düşünmə və modelləşdirmə
|
5
|
Nümunə
tanıma, qaydalar, ardıcıllıq və səbəb-nəticə əlaqələri
|
5. SUAL PAYLANMASI
|
İstiqamət
|
Sual sayı
|
Ümumi testdə payı
|
|
Riyaziyyat
|
15
|
60%
|
|
Məntiq
|
10
|
40%
|
Bu bölgü süni
intellekt sahəsi üçün tələb olunan riyazi baza ilə məntiqi və analitik təfəkkür
arasındakı tarazlığı qorumaq məqsədilə müəyyən edilmişdir.
6. QİYMƏTLƏNDİRMƏ SİSTEMİ
|
Kateqoriya
|
Sual sayı
|
Düzgün cavab
|
Yanlış/cavabsız
|
Maksimum bal
|
Keçid prinsipi
|
|
Junior
Division
|
25
|
+4
bal
|
0
bal
|
100
|
Kateqoriya
üzrə ilk 30%
|
|
Senior
Division
|
25
|
+4
bal
|
0
bal
|
100
|
Kateqoriya
üzrə ilk 30%
|
· Hər
düzgün cavab 4 balla qiymətləndirilir.
· Yanlış
cavaba görə bal çıxılmır.
· Cavablandırılmamış
sual 0 bal hesablanır.
· Birdən
çox cavab işarələnmiş sual yanlış cavab kimi qiymətləndirilir.
· Yekun
sıralama hər kateqoriya üzrə ayrıca aparılır.
|
Milli Finala keçid
Junior Division və Senior Division
kateqoriyalarının hər biri üzrə ən yüksək nəticə göstərən ilk 30% iştirakçı
Milli Final mərhələsinə keçir.
|
7. KEÇİRİLMƏ FORMATI VƏ ŞƏHƏRLƏR
Milli Seçim Turu əyani
formatda, şəxsi iştirakla keçiriləcəkdir. İmtahan 10 yanvar 2027-ci il tarixində
saat 11:00-da bütün mərkəzlərdə eyni vaxtda başlayacaqdır.
|
Şəhər
|
İmtahan mərkəzi
|
|
Bakı
|
Dəqiq ünvan iştirakçının şəxsi kabinetində
elan olunacaq
|
|
Naxçıvan
|
Dəqiq ünvan iştirakçının şəxsi kabinetində
elan olunacaq
|
|
Gəncə
|
Dəqiq ünvan iştirakçının şəxsi kabinetində
elan olunacaq
|
İştirakçı
qeydiyyat zamanı uyğun şəhəri seçir. İmtahan materialları bütün mərkəzlərə mərkəzləşdirilmiş
qaydada təqdim edilir və imtahan prosesi vahid nəzarət standartları əsasında həyata
keçirilir.
8. ŞƏXSİ KABİNET VƏ NƏTİCƏLƏR
· İmtahanın
dəqiq ünvanı və iştirakçıya aid təşkilati məlumatlar imtahandan əvvəl şəxsi
kabinetdə yerləşdiriləcəkdir.
· İştirakçı
və valideyn şəxsi kabineti mütəmadi yoxlamalıdır.
· Nəticələrin
imtahandan sonra təxminən 3 iş günü ərzində şəxsi kabinetdə elan olunması nəzərdə
tutulur.
· Şagird
şəxsi kabinetdə ümumi balını, düzgün, yanlış və cavabsız sualların sayını, eləcə
də cavab statuslarını görə bilər.
· Milli
Finala keçid statusu kateqoriya üzrə yekun sıralama təsdiqləndikdən sonra
sistemdə göstərilir.
9. APELLYASİYA QAYDASI
Nəticələr elan
edildikdən sonra apellyasiya bölməsi şəxsi kabinetdə məhdud müddət ərzində
aktivləşdirilir. Apellyasiya müddəti təşkilati qərara əsasən 12 və ya 24 saat
ola bilər.
· Müraciətdə
iştirakçının adı, soyadı, kateqoriyası və etiraz etdiyi sual nömrəsi göstərilməlidir.
· Etirazın
səbəbi aydın və əsaslandırılmış şəkildə izah edilməlidir.
· Ümumi
xarakterli, səbəbsiz və ya müddət bitdikdən sonra təqdim olunan müraciətlərə
baxılmır.
· Apellyasiya
ekspert heyəti tərəfindən araşdırılır və qəbul edilmiş qərar yekun nəticələrdə əks
olunur.
|
Yekun nəticə
Apellyasiya prosesi başa çatdıqdan
sonra nəticələr yekunlaşdırılır. Kateqoriya üzrə ilk 30%-ə daxil olan
iştirakçıların Milli Finala keçid statusu şəxsi kabinetdə təsdiqlənir.
|
10. TƏŞKİLATÇININ ÖHDƏLİKLƏRİ
· İmtahan
materiallarının məxfiliyini və təhlükəsizliyini təmin etmək;
· Bütün
imtahan mərkəzlərində vahid qayda və qiymətləndirmə standartlarını tətbiq etmək;
· Nəticələri
və rəsmi bildirişləri şəxsi kabinet vasitəsilə vaxtında təqdim etmək;
· Apellyasiya
müraciətlərinin obyektiv ekspert qiymətləndirilməsini təşkil etmək.
13. SUAL NÜMUNƏLƏRİ VƏ HAZIRLIQ MATERİALLARI
Bu bölmədə rəsmi
sual nümunələri və hazırlıq materiallarına keçid sonradan əlavə ediləcəkdir.
14. ƏLAQƏ
|
Məsul şəxs
|
Ləman Əlizadə
|
|
Telefon
|
+994 50 224 51 40
|
|
Təşkilatçı
|
Global Olympiad Center
|
|
Rəsmi sayt
|
www.goc.edu.az
|
Global Olympiad Center bütün
iştirakçılara uğurlar arzulayır!
11. İMTAHAN QAYDALARI VƏ NİZAM-İNTİZAM
· İştirakçı
nəzarətçi “Başlayın” göstərişi vermədən sual kitabçasını açmamalıdır.
· Mobil
telefon, ağıllı saat, planşet, qulaqcıq və digər elektron cihazlardan istifadə
qadağandır.
· İştirakçı
imtahana başlamazdan əvvəl ona təqdim olunan kitabçanın kateqoriyasını
yoxlamalıdır.
· Cavablar
yalnız cavab vərəqində və göy rəngli diyircəkli qələmlə qeyd edilməlidir.
· Hər
suala yalnız bir cavab verilməlidir. İki və ya daha çox variant işarələndikdə
cavab yanlış hesab olunur.
· Nəzarətçidən
sualın həlli, mənası və ya düzgün cavabı ilə bağlı izah istəmək olmaz.
· İmtahan
zamanı kömək almaq, kömək göstərmək, köçürmək və ya icazəsiz materialdan
istifadə etmək diskvalifikasiya ilə nəticələnir.
· İştirakçılar
bir-birindən qələm, silgi və digər ləvazimat istəyə bilməzlər.
· İlk
30 dəqiqə ərzində imtahan zalını tərk etmək qadağandır. Zalı tərk edən
iştirakçı yenidən imtahana buraxılmır.
· İmtahan
zalını tərk etməzdən əvvəl cavab vərəqi nəzarətçiyə təhvil verilməlidir.
· İş
nömrəsi, ad və soyad cavab vərəqində düzgün qeyd edilməlidir. Yanlış məlumatın
yaratdığı nəticəyə görə iştirakçı məsuliyyət daşıyır.
12. İŞTİRAKÇININ VƏ VALİDEYNİN MƏSULİYYƏTİ
· Qeydiyyat
zamanı təqdim olunan məlumatların düzgün və aktual olmasını təmin etmək;
· Şəxsi
kabinetdə elan olunan məkan, vaxt və digər bildirişləri vaxtında yoxlamaq;
· İmtahan
günü iştirakçının şəxsiyyətini təsdiq edən sənəd və tələb olunan ləvazimatlarla
gəlməsini təmin etmək;
· Rəsmi
təlimat və nəzarətçilərin göstərişlərinə riayət etmək.