FMO 2026-2027
Vyetnam Beynəlxalq Riyaziyyat Yarışması üzrə iştirakçı
təlimatı
|
Vacib məlumat
Bu təlimat FMO 2026-2027 seçim turunda iştirak edəcək şagird və
valideynlər üçün hazırlanmışdır. Zəhmət olmasa, imtahan günü ilə bağlı bütün
qaydaları əvvəlcədən diqqətlə oxuyun.
|
1. Əsas məlumatlar
|
Məlumat
|
Təsvir
|
|
İmtahan
tarixi
|
18 oktyabr 2026
|
|
Başlama
saatı
|
11:00
|
|
Qapıların
açılması
|
09:30
|
|
Qapıların
bağlanması
|
10:45
|
|
İmtahan
dilləri
|
Azərbaycan, rus və ingilis dilləri
|
|
İştirakçı
kateqoriyası
|
1-11-ci sinif şagirdləri
|
|
Mərhələlər
|
Seçim mərhələsi - Azərbaycan; final mərhələsi - Vyetnam
|
|
Təcili əlaqə
|
Ləman Əlizadə - +994 50 224 51 40
|
|
Gecikmə qaydası
10:45-dən sonra heç bir iştirakçı imtahan məkanına buraxılmayacaq.
İştirakçıların imtahan məkanına ən azı 1 saat əvvəl gəlməsi tövsiyə olunur.
|
2. İmtahan məkanları
|
Bakı üzrə qeyd
Bakı şəhəri üzrə dəqiq ünvan bu təlimatda qeyd edilmir. İmtahandan
öncə iştirakçının şəxsi kabinetində imtahan məkanı və zəruri məlumatlar görünəcəkdir.
|
|
Şəhər
|
Məkan
|
|
Bakı
|
Ünvan şəxsi kabinetdə elan ediləcək
|
|
Sumqayıt
|
Sumqayıt Dövlət Universiteti
|
|
Gəncə
|
Dünya Məktəbi
|
|
Naxçıvan
|
NDU nəzdində məktəb
|
3. Yarışma haqqında
Fermat Beynəlxalq Riyaziyyat Yarışması
(FMO) riyaziyyata marağı olan şagirdlər üçün nəzərdə tutulmuş beynəlxalq
yarışmadır. Yarışma şagirdlərdə riyazi düşünmə, analitik yanaşma, məntiqi nəticə
çıxarma və real həyat situasiyalarında riyaziyyatdan istifadə bacarıqlarını
inkişaf etdirməyi hədəfləyir.
FMO-da iştirak şagirdlərə biliklərini beynəlxalq səviyyədə
sınamaq, fərqli ölkələrdən olan həmyaşıdları ilə eyni platformada yarışmaq və gələcək
akademik portfoliolarını gücləndirmək imkanı yaradır.
4. İmtahan strukturu
|
Bölmə
|
Məlumat
|
|
Sual sayı
|
21 sual: 20 çoxvariantlı sual və 1 açıq tipli sual
|
|
Maksimum
bal
|
100 bal
|
|
Format
|
İmtahan siniflər üzrə keçirilir
|
|
1-5-ci
siniflər
|
60 dəqiqə
|
|
6-11-ci
siniflər
|
90 dəqiqə
|
5. Qiymətləndirmə meyarları
|
Sual aralığı
|
Bal
|
|
1-10-cu suallar
|
Hər düzgün cavab - 3 bal
|
|
11-15-ci
suallar
|
Hər düzgün cavab - 5 bal
|
|
16-20-ci
suallar
|
Hər düzgün cavab - 7 bal
|
|
21-ci
sual
|
10 bal
|
·
Çoxvariantlı suallarda səhv cavaba görə bal
silinmir.
·
Yazılmayan sual 0 bal kimi qiymətləndirilir.
·
21-ci açıq sual səhv cavablandırılarsa, həmin
sual üzrə 10 bal silinir.
6. Mükafatlandırma və final hüququ
·
Qızıl mükafat: hər sinif üzrə ilk 10%-ə düşən
iştirakçılar.
·
Gümüş mükafat: hər sinif üzrə növbəti 20%-ə düşən
iştirakçılar.
·
Bürünc mükafat: hər sinif üzrə növbəti 30%-ə düşən
iştirakçılar.
·
Həvəsləndirici mükafat: hər sinif üzrə növbəti
20%-ə düşən iştirakçılar.
·
Qızıl, gümüş və bürünc mükafat qazanan
iştirakçılar final mərhələsinə qeydiyyat hüququ əldə edə bilərlər.
·
Sıralama faizləri ümumi nəticələrə və iştirakçıların
göstəricilərinə əsasən müəyyən edilir.
7. Nəticələr və apellyasiya
·
İştirakçılar ödəniş etdikdən sonra şəxsi
kabinetlərinə daxil olmalı və məlumatlarını mütəmadi yoxlamalıdırlar.
·
İmtahandan təxminən 1 həftə əvvəl şəxsi kabinetdə
imtahan məkanı və vaxtı görünəcəkdir.
·
İmtahandan sonra nəticələr şəxsi kabinetdə elan
olunacaq. İştirakçılar balını, düzgün və səhv cavablarını sistem üzərindən görə
biləcəklər.
·
Nəticələr elan edildikdən sonra şəxsi kabinetdə
apellyasiya müraciəti aktivləşəcək.
·
Apellyasiya müraciətində iştirakçı ad-soyadını,
sinfini, etiraz etdiyi sual nömrələrini və əsaslandırmanı qeyd etməlidir.
·
Apellyasiya müddəti elan edilən vaxt çərçivəsində
aktiv olur. Müddət bitdikdən sonra müraciətlər qəbul edilmir.
·
Apellyasiya prosesi yekunlaşdıqdan sonra nəticələr
yenilənir və medal statusu şəxsi kabinetdə görünür.
8. İmtahan günü qaydaları
·
İştirakçılar imtahan zalında nəzarətçinin göstərişlərinə
əməl etməlidirlər.
·
Elektron cihazlardan istifadə qəti qadağandır.
Telefon, smart saat, qulaqcıq və digər elektron vasitələr imtahan zamanı
istifadə oluna bilməz.
·
İmtahan başlamazdan əvvəl şagird ona verilən
kitabçanı və cavab kartını yoxlamalıdır. İmtahan başladıqdan sonra yanlış
kitabça ilə bağlı müraciət qəbul edilmir.
·
Cavab kartı yalnız göy rəngli diyircəkli qələmlə
doldurulmalıdır.
·
Hər suala yalnız bir cavab qeyd edilməlidir.
Birdən çox cavab işarələnən sual səhv cavab kimi qiymətləndirilir.
·
Şagirdlər sualın məzmunu, mənası və ya həlli ilə
bağlı nəzarətçiyə sual verə bilməzlər.
·
İmtahan zamanı yardım almaq, yardım göstərmək,
köçürmək və ya buna şərait yaratmaq ciddi qayda pozuntusudur və
diskvalifikasiyaya səbəb ola bilər.
·
Şagirdlər bir-birindən qələm, silgi və digər ləvazimat
istəyə bilməzlər. Hər iştirakçı öz ləvazimatından istifadə etməlidir.
·
İlk 30 dəqiqə ərzində imtahan zalından çıxmaq
qadağandır. Zalı tərk edən iştirakçı yenidən imtahana buraxılmır.
·
İmtahan zalını tərk etməzdən əvvəl cavab kartı
mütləq nəzarətçiyə təhvil verilməlidir.
·
İş nömrəsi, ad və soyad cavab kartına düzgün
yazılmalıdır. Yanlış məlumat nəticənin sistemdə düzgün görünməməsinə səbəb ola
bilər və buna görə məsuliyyət iştirakçının üzərinə düşür.
9. Ödəniş və qeydiyyat dəyişikliyi
|
Ödəniş qaydası
Qeydiyyat üçün edilən ödəniş geri qaytarılmır. Ödəniş yalnız
iştirakın təsdiqi və qeydiyyatın aktivləşdirilməsi üçün nəzərdə tutulur.
|
·
Ödəniş geri qaytarılmır.
·
Yalnız zəruri hallarda və təşkilatçının təsdiqi
ilə qeydiyyat məlumatlarında dəyişiklik edilə bilər.
·
Dəyişiklik müraciətləri imtahandan əvvəl və təşkilatçının
müəyyən etdiyi müddət çərçivəsində qəbul edilir.
·
İmtahan günü və ya imtahandan sonra dəyişiklik
müraciətləri qəbul olunmaya bilər.
·
Qeydiyyat məlumatlarının düzgün daxil edilməsinə
görə valideyn və iştirakçı məsuliyyət daşıyır.
10. Sertifikat və mükafatların təqdim olunması
·
Medal qazanan iştirakçılar medal və
sertifikatlarını mükafatlandırma mərasimində əldə edə bilərlər.
·
Mərasimdə iştirak etməyən medalçılar medalını təşkilatçı
tərəfindən elan edilən müddət ərzində ofisdən götürə bilərlər.
·
Sertifikatlar şəxsi kabinetdə elektron formada təqdim
olunur.
·
Fəxri fərman və iştirakçı sertifikatları şəxsi
kabinetdən əldə edilə bilər.
11. Təşkilati dəyişiklik hüququ
Global Olympiad Center iştirakçı sayı, məkanın texniki
imkanları, şəhər üzrə böyük tədbirlər, təhlükəsizlik və digər təşkilati səbəblərlə
bağlı imtahanın məkanı və ya saatında dəyişiklik etmək hüququnu özündə
saxlayır. Bu halda iştirakçılara şəxsi kabinet və rəsmi kommunikasiya kanalları
vasitəsilə məlumat veriləcəkdir.
12. İmtahan günü üçün qısa yoxlama siyahısı
|
Yoxlanılacaq məsələ
|
Qeyd
|
|
Şəxsi
kabinet
|
İmtahan məkanı və vaxtı əvvəlcədən yoxlanılmalıdır.
|
|
Gəlmə
vaxtı
|
Ən azı 1 saat əvvəl gəlmək tövsiyə olunur.
|
|
Qələm
|
Göy rəngli diyircəkli qələm gətirilməlidir.
|
|
Elektron
cihazlar
|
İmtahan zalında istifadə qadağandır.
|
|
Cavab
kartı
|
Ad, soyad və iş nömrəsi düzgün yazılmalıdır.
|
13. Nümunə suallar və silabus
Nümunə suallar və silabusla tanış olmaq üçün rəsmi keçiddən
istifadə edin:
https://drive.google.com/drive/folders/19jrNugvoH_toBPVBBa3psGw-eEMXVVPY
|
Uğurlar!
FMO 2026-2027 seçim turunda bütün iştirakçılara uğurlar
arzulayırıq. Riyazi düşüncənizi beynəlxalq səviyyədə sınamaq üçün ilk addımı
atırsınız.
|