
THE CONTEST 2027
BEYNƏLXALQ İNGİLİS
DİLİ OLİMPİADASI
AZƏRBAYCAN SEÇİM TURU
RƏSMİ TƏLİMAT
|
4 APREL 2027-Cİ İL
Bakı •
Sumqayıt • Gəncə
• Naxçıvan
|
ENGLISH
WITHOUT BORDERS
Global Olympiad Center — Azərbaycan
üzrə rəsmi təşkilatçı
|
1
|
ÜMUMİ MƏLUMAT
HIPPO 2027 Azərbaycan Seçim Turu
|
HIPPO — English Without Borders dünyanın müxtəlif
ölkələrindən 6–19 yaşlı şagirdləri bir araya gətirən beynəlxalq ingilis dili
olimpiadasıdır. Olimpiadanın məqsədi şagirdlərin ingilis dili biliklərini beynəlxalq
qiymətləndirmə yanaşması ilə ölçmək, akademik özünəinamını artırmaq və sağlam rəqabət
mühiti formalaşdırmaqdır.
Seçim turu HIPPO yolunun ilk mərhələsidir.
İştirakçılar yaş, sinif və təhsil aldıqları məktəbin tədris dilinə uyğun
kateqoriyada yarışırlar. Tapşırıqlar CEFR səviyyələri əsasında hazırlanır və
imtahan Reading Comprehension və Use of English bölmələrindən ibarət olur.
|
TARIX
4 aprel 2027-ci il
|
MƏRHƏLƏ
Seçim turu / Preliminary Round
|
|
KEÇIRILƏCƏK
ŞƏHƏRLƏR
Bakı, Sumqayıt, Gəncə, Naxçıvan
|
İMTAHAN DILI
İngilis dili
|
|
CAVABLANDIRMA
Kağız əsaslı imtahan və OMR cavab vərəqi
|
NÖVBƏTI MƏRHƏLƏ
Milli Final / National Finals
|
|
|
Məkan
və saat barədə
İmtahan mərkəzlərinin dəqiq
ünvanı, giriş saatı və imtahan cədvəli qeydiyyat başa çatdıqdan sonra rəsmi
kanallar vasitəsilə ayrıca elan ediləcək. Bakı üzrə konkret məkan bu təlimatda
göstərilmir.
|
İştirak və qeydiyyat
qaydaları
• Olimpiadada 1–13-cü siniflərdə təhsil
alan və yaş həddi 19-u keçməyən şagirdlər iştirak edə bilərlər.
• Kateqoriya şagirdin qeydiyyat
zamanı təhsil aldığı sinfə əsasən müəyyən edilir.
• Aşağı sinifdə oxuyan şagird
özünü hazır hesab edirsə, daha yuxarı kateqoriyada iştirak edə bilər; lakin
yuxarı sinif şagirdi aşağı kateqoriyaya qeydiyyatdan keçə bilməz.
• Ad, soyad, doğum tarixi, sinif və
məktəb məlumatları düzgün təqdim edilməlidir. Yanlış kateqoriya seçimi nəticənin
ləğvinə səbəb ola bilər.
• Qeydiyyatın tamamlanması
iştirakçının bu təlimatda göstərilən qaydaları qəbul etməsi deməkdir.
|
|
Təlimatın
əhatə dairəsi
Bu sənəd yalnız 4 aprel
2027-ci il tarixində keçiriləcək Azərbaycan Seçim Turuna aiddir. Milli Final
və sonrakı beynəlxalq mərhələlərin tarixləri, məkanları və əlavə qaydaları
ayrıca təqdim olunacaq.
|
|
2
|
KATEQORİYALAR VƏ
SİNİF BÖLGÜSÜ
Regular və Special kateqoriyalar
|
HIPPO imtahanı 12 kateqoriya üzrə keçirilir: 7
Regular və 5 Special kateqoriya. Kateqoriya seçimi şagirdin sinfi ilə yanaşı, məktəbdə
ingilis dilinin tədris dili kimi istifadə səviyyəsinə əsaslanır.
Bu kateqoriyalar ingilis dilini xarici və ya ikinci
dil kimi öyrənən, tədris proqramının əsas hissəsi ingilis dilində olmayan dövlət
və özəl məktəb şagirdləri üçündür.
|
Sinif
|
HIPPO kateqoriyası
|
Seçim turu CEFR səviyyəsi
|
|
1–2
|
Baby Hippo
|
Pre-A1
Young Learners
|
|
3–4
|
Little Hippo
|
Pre-A1
Young Learners
|
|
5–6
|
Hippo 1
|
A1
Young Learners
|
|
7
|
Hippo 2
|
A1
|
|
8–9
|
Hippo 3
|
A2
|
|
10–11
|
Hippo 4
|
B1
|
|
12–13
|
Hippo 5
|
B2
|
Special kateqoriyalar beynəlxalq və ya bilingv məktəblərdə
oxuyan, məktəbdə fənlərin 50%-i və ya daha çoxu ingilis dilində tədris olunan,
yaxud son 5 il ərzində ən azı 3 il ingilisdilli ölkədə yaşayıb təhsil almış
şagirdlər üçündür.
|
Sinif
|
HIPPO kateqoriyası
|
Seçim turu CEFR səviyyəsi
|
|
1–2
|
Baby Hippo
|
Pre-A1
Young Learners
|
|
3–4
|
Little Hippo
|
Pre-A1
Young Learners
|
|
5–6
|
Hippo S1
|
A1
|
|
7
|
Hippo S2
|
A2
|
|
8–9
|
Hippo S3
|
B1
|
|
10–11
|
Hippo S4
|
B2
|
|
12–13
|
Hippo S5
|
C1
|
|
|
Vacib
kateqoriya qeydi
Baby Hippo və Little Hippo
iştirakçıları bilingv hesab olunsalar belə Regular kateqoriyada yarışırlar.
HIPPO təşkilatı məktəbin tədris proqramını və tədris dilini yoxlamaq hüququnu
saxlayır.
|
|
|
|
|
|
|
3
|
SEÇİM TURUNUN
İMTAHAN STRUKTURU
Tapşırıqlar, ballar və vaxt limitləri
|
Seçim turunun imtahanı iki ayrı bölmədən ibarətdir.
Hər bölmə üzrə vaxt ayrıca hesablanır və nəzarətçinin göstərişi ilə başlanır.
|
1. Reading
Comprehension
Oxu mətnini anlama üzrə
çoxseçimli tapşırıqlar. Bölmə Gatehouse Awards qiymətləndirmə materialları əsasında
keçirilir.
|
2. Use of English
Qrammatika, leksika və dil
istifadəsi üzrə çoxseçimli HIPPO tapşırıqları.
|
Regular
kateqoriyalar — sual sayı və bal
|
Kateqoriya
|
Reading
|
Use of English
|
Cəmi sual
|
Maks. bal
|
|
Baby Hippo
|
30 × 1 bal
|
20 × 1,5 bal
|
50
|
60
|
|
Little Hippo
|
30 × 1 bal
|
20 × 1,5 bal
|
50
|
60
|
|
Hippo 1
|
30 × 1 bal
|
20 × 1,5 bal
|
50
|
60
|
|
Hippo 2
|
34 × 1 bal
|
20 × 1,5 bal
|
54
|
64
|
|
Hippo 3
|
34 × 1 bal
|
20 × 1,5 bal
|
54
|
64
|
|
Hippo 4
|
34 × 1 bal
|
20 × 1,5 bal
|
54
|
64
|
|
Hippo 5
|
40 × 1 bal
|
20 × 1,5 bal
|
60
|
70
|
Regular
kateqoriyalar — vaxt limitləri
|
Kateqoriya
|
Reading vaxtı
|
Use of English vaxtı
|
Ümumi vaxt
|
|
Baby Hippo
|
20 dəqiqə
|
20 dəqiqə
|
40 dəqiqə
|
|
Little Hippo
|
20 dəqiqə
|
20 dəqiqə
|
40 dəqiqə
|
|
Hippo 1
|
30 dəqiqə
|
20 dəqiqə
|
50 dəqiqə
|
|
Hippo 2
|
30 dəqiqə
|
20 dəqiqə
|
50 dəqiqə
|
|
Hippo 3
|
30 dəqiqə
|
20 dəqiqə
|
50 dəqiqə
|
|
Hippo 4
|
40 dəqiqə
|
30 dəqiqə
|
70 dəqiqə
|
|
Hippo 5
|
45 dəqiqə
|
30 dəqiqə
|
75 dəqiqə
|
|
|
Qiymətləndirmənin
əsas prinsipi
Hər sualın yalnız bir düzgün
cavabı vardır. Səhv cavaba görə mənfi bal tətbiq edilmir. Yekun bal Reading və
Use of English bölmələrində toplanan balların cəmi ilə hesablanır.
|
|
|
|
|
|
|
|
4
|
SPECIAL
KATEQORİYALAR ÜZRƏ FORMAT
Sual sayı, bal və vaxt
|
Special
kateqoriyalar — sual sayı və bal
|
Kateqoriya
|
Reading
|
Use of English
|
Cəmi sual
|
Maks. bal
|
|
Hippo S1
|
34 × 1 bal
|
20 × 1,5 bal
|
54
|
64
|
|
Hippo S2
|
34 × 1 bal
|
20 × 1,5 bal
|
54
|
64
|
|
Hippo S3
|
34 × 1 bal
|
20 × 1,5 bal
|
54
|
64
|
|
Hippo S4
|
40 × 1 bal
|
20 × 1,5 bal
|
60
|
70
|
|
Hippo S5
|
40 × 1 bal
|
20 × 1,5 bal
|
60
|
70
|
Special
kateqoriyalar — vaxt limitləri
|
Kateqoriya
|
Reading vaxtı
|
Use of English vaxtı
|
Ümumi vaxt
|
|
Hippo S1
|
30 dəqiqə
|
20 dəqiqə
|
50 dəqiqə
|
|
Hippo S2
|
30 dəqiqə
|
20 dəqiqə
|
50 dəqiqə
|
|
Hippo S3
|
40 dəqiqə
|
30 dəqiqə
|
70 dəqiqə
|
|
Hippo S4
|
45 dəqiqə
|
30 dəqiqə
|
75 dəqiqə
|
|
Hippo S5
|
45 dəqiqə
|
30 dəqiqə
|
75 dəqiqə
|
OMR cavab vərəqi və
materialların təhlükəsizliyi
• Hər iki bölmənin cavabları yalnız
OMR — optik cavab vərəqində qeyd olunur.
• Sual kitabçasında işarələnmiş,
lakin OMR vərəqinə köçürülməmiş cavablar qiymətləndirilmir.
• İmtahan materialları möhürlü
saxlanılır və yalnız imtahan günü iştirakçıların qarşısında açılır.
• OMR vərəqində namizəd kodu və
kateqoriya düzgün qeyd edilməlidir.
• Birdən çox cavab işarələnən və
ya aydın oxunmayan cavab səhv hesab edilir.
|
|
Sual
nümunələri
Rəsmi nümunə tapşırıqları
HIPPO-nun “Sample Papers” bölməsində yerləşdirilib. Hazırlıq zamanı yalnız rəsmi
nümunələrdən istifadə etmək tövsiyə olunur.
|
hippo-thecontest.org/sample-papers/
|
|
2027
qaydaları barədə qeyd
Sual sayı, bal və vaxt cədvəlləri
HIPPO-nun son dərc olunmuş beynəlxalq Seçim Turu strukturuna əsasən
hazırlanıb. HIPPO 2027 beynəlxalq qaydalarında dəyişiklik olarsa, Komitənin
son rəsmi sənədi üstün qüvvəyə malik olacaq.
|
|
5
|
NƏTİCƏLƏR VƏ MİLLİ
FİNALA KEÇİD
Qiymətləndirmə, nəticələrin təqdimatı və seçmə prinsipi
|
Seçim turunun cavabları beynəlxalq qiymətləndirmə
prosedurlarına uyğun yoxlanılır. Nəticələrin imtahandan sonra təxminən 2–3 həftə
ərzində elan edilməsi nəzərdə tutulur. Dəqiq tarix rəsmi kanallarda bildiriləcək.
Nəticədə hansı məlumat
göstərilir?
|
|
İştirakçı
yalnız ümumi balını görür
Şagirdə hansı sualları düzgün
və ya səhv cavablandırdığı, neçə sualı düzgün və ya səhv yazdığı, fərdi cavab
açarı və sual-sual nəticə bölgüsü təqdim edilmir. Yalnız yekun ümumi bal
açıqlanır.
|
Bu yanaşma Gatehouse Awards və HIPPO-nun beynəlxalq
qiymətləndirmə və imtahan təhlükəsizliyi prinsiplərinə uyğun tətbiq olunur.
Qayda bütün iştirakçı ölkələr üçün eynidir və yerli təşkilatçı tərəfindən dəyişdirilə
bilməz.
Milli Finala keçid
prinsipi
• Hər kateqoriya üzrə ən yüksək nəticə göstərən iştirakçıların təxminən 15–20%-i Milli
Finala vəsiqə qazanır.
• Yekun keçid faizi, keçid balı və
finalçı sayı iştirakçıların ümumi sayı, kateqoriyalar üzrə nəticə bölgüsü və
beynəlxalq kvotaya əsasən HIPPO Beynəlxalq Komitəsi tərəfindən müəyyən edilir.
• Yalnız yüksək bal toplamaq
avtomatik olaraq Milli Finala keçid zəmanəti vermir; seçim kateqoriya üzrə
sıralama əsasında aparılır.
• Milli Finala keçən
iştirakçıların siyahısı HIPPO Komitəsinin təsdiqindən sonra rəsmi şəkildə elan
olunur.
• Milli Finalın imtahan formatı,
tarixi, şəhəri və iştirak şərtləri ayrıca təlimatla təqdim ediləcək.
Nəticələrin elan
olunması prosesi
|
1
OMR vərəqlərinin yoxlanılması
|
2
Kateqoriya üzrə sıralama
|
3
HIPPO Komitəsinin təsdiqi
|
4
Nəticə və finalçı siyahısının elanı
|
Nəticə ilə bağlı
müraciətlər
• Texniki uyğunsuzluqlar — ad,
soyad, kateqoriya, nəticənin sistemdə görünməməsi və digər sistem xətaları üzrə
müraciət qəbul edilə bilər.
• Sual kitabçası, düzgün cavablar,
səhv cavablar və fərdi cavab analizi ilə bağlı məlumat təqdim edilmir.
• Rəsmi nəticə HIPPO sistemində və
ya GOC tərəfindən təsdiqlənmiş siyahıda göstərilən nəticədir.
|
|
Sertifikat
İştirak sertifikatlarının təqdim
olunma forması və tarixi nəticələr elan edildikdən sonra ayrıca bildiriləcək.
|
|
6
|
İMTAHAN GÜNÜ
QAYDALARI
İştirakçıların məsuliyyəti və davranış standartları
|
• İştirakçı şəxsiyyətini təsdiq edən
sənədi və namizəd kodunu özü ilə gətirməlidir.
• İmtahan mərkəzinə rəsmi
bildirişdə göstərilən vaxtdan gec olmayaraq gəlmək tələb olunur. Qapılar
bağlandıqdan sonra iştirakçı imtahana buraxılmaya bilər.
• İştirakçı yalnız özü üçün
ayrılmış zalda, masa və kateqoriyada imtahan verməlidir.
• Cavab vərəqini doldurmaq üçün
qara və ya göy rəngli diyircəkli qələm gətirmək tövsiyə olunur.
• Mobil telefon, ağıllı saat,
qulaqcıq, planşet və digər elektron cihazlar imtahan zalında istifadə edilə
bilməz.
• Lüğət, tərcümə vasitəsi, qeyd dəftəri,
köməkçi material, kalkulyator və digər əlavə resurslardan istifadə qadağandır.
• Başqa iştirakçı ilə danışmaq,
cavab paylaşmaq, sual kitabçasını foto və ya video çəkmək ciddi qayda
pozuntusudur.
• Nəzarətçinin bütün göstərişlərinə
əməl edilməlidir.
• Bölmələr arasında sual kitabçası
və cavab vərəqi nəzarətçinin göstərişi olmadan dəyişdirilə və ya açılıb-bağlana
bilməz.
• İmtahan materialları zaldan
çıxarıla bilməz. Sual və cavabların yaddaşdan paylaşılması da imtahan təhlükəsizliyi
qaydalarının pozulması hesab olunur.
• Qayda pozuntusu aşkar olunduqda
iştirakçının nəticəsi ləğv edilə və o, imtahandan uzaqlaşdırıla bilər.
|
|
Xüsusi
ehtiyac və sağlamlıq vəziyyəti
İmtahan zamanı xüsusi şəraitə
ehtiyacı olan iştirakçı bu barədə qeydiyyat müddətində GOC-a rəsmi məlumat
verməli və tələb olunan sənədləri təqdim etməlidir.
|
Ödəniş və iştirakın
ləğvi
• Ödənilmiş iştirak haqqı geri
qaytarılmır.
• Tibbi arayışla təsdiqlənmiş
sağlamlıq problemi və ya fövqəladə hal olduqda, təşkilatçının qərarı ilə ödəniş
başqa GOC imtahanına keçirilə bilər.
• İştirakçının şəxsi səbəblərə görə
imtahana gəlməməsi ödənişin geri qaytarılması üçün əsas hesab edilmir.
|
|
Əlaqə
Global Olympiad Center
Telefon / WhatsApp: +994 50 224 51 40
Rəsmi məlumatlar yalnız GOC-un təsdiqlənmiş kommunikasiya kanalları vasitəsilə
paylaşılır.
|
Qeyd: Bu təlimat HIPPO-nun son dərc
olunmuş beynəlxalq Seçim Turu strukturuna və Global Olympiad Center-in 2027-ci
il üzrə yerli təşkilati məlumatlarına əsasən hazırlanıb. HIPPO 2027 üzrə beynəlxalq
qaydalarda dəyişiklik olarsa, HIPPO Komitəsinin son rəsmi bildirişi üstün
sayılır.