COPERNICUS PHYSICS
& ASTRONOMY
2026-2027
Amerikanın Beynəlxalq
Fizika və Astronomiya Olimpiadası
Rəsmi Təlimat Vərəqi
|
Vacib qeyd
Bu təlimat Copernicus Physics & Astronomy seçim turu üçün hazırlanmışdır.
Qeydiyyatdan keçən hər bir iştirakçı və valideyn bu qaydalarla tanış olmuş və
onları qəbul etmiş hesab olunur.
|
1. Təşkilati məlumat
|
Tədbirin adı
|
Copernicus
Physics & Astronomy 2026-2027 - Amerikanın Beynəlxalq Fizika və
Astronomiya Olimpiadası
|
|
Seçim turunun tarixi
|
27 sentyabr
2026
|
|
Başlama saatı
|
11:00
|
|
İmtahana giriş
|
Qapılar
09:30-da açılır. İştirakçılar ən azı 1 saat əvvəl imtahan məkanında
olmalıdırlar.
|
|
Son giriş
|
10:45-dən
sonra iştirakçıların imtahan zalına buraxılması təşkilatçı qərarına əsasən məhdudlaşdırıla
bilər.
|
|
İştirakçı sinifləri
|
7-12-ci sinif
şagirdləri
|
|
Məsul şəxs
|
Ləman Əlizadə
- +994 50 224 51 40
|
2. Keçirilmə məkanları
·
Bakı - (Məlumat veriləcək)
·
Naxçıvan - NDU Beynəlxalq Məktəbi
|
Məkan haqqında
İmtahana 1 həftə qalmış iştirakçının şəxsi kabinetində
imtahan məkanı, saatı və digər təşkilati məlumatlar görünəcək. İştirakçılar şəxsi
kabineti mütəmadi yoxlamalıdırlar.
|
3.
Copernicus Physics & Astronomy haqqında
Copernicus
Physics & Astronomy şagirdlərin fizika qanunlarını, maddə və enerji arasındakı
əlaqələri, göy cisimlərini və kainatın quruluşunu elmi yanaşma ilə öyrənməsini
təşviq edən beynəlxalq olimpiadadır.
Olimpiada
iştirakçıların elmi təfəkkür, müşahidə, analitik təhlil, riyazi modelləşdirmə və
qeyri-standart problem həll etmə bacarıqlarını beynəlxalq standartlara uyğun
qiymətləndirir. İştirakçılar qeydiyyat zamanı Fizika və ya Astronomiya istiqamətini
seçirlər.
Seçim turunda
uğurlu nəticə göstərən iştirakçılar ABŞ-nin Hyuston şəhərində, Rice
Universitetində təşkil olunan Copernicus Olimpiadasının qlobal final mərhələsinə
qeydiyyat hüququ əldə edə bilərlər.
4. İmtahan strukturu
|
Mərhələlər
|
Seçim mərhələsi
- Azərbaycan; Final mərhələsi - ABŞ, Rice Universiteti
|
|
İstiqamətlər
|
Fizika və
Astronomiya
|
|
Sual növü
|
Çoxvariantlı
suallar
|
|
Sual sayı
|
20 sual
|
|
Maksimum bal
|
100 bal
|
|
İmtahan müddəti
|
75 dəqiqə
|
|
Keçirilmə formatı
|
Kateqoriyalar
və seçilmiş fənn istiqaməti üzrə
|
5. Kateqoriyalar
|
S/S
|
Kateqoriya
|
Əhatə etdiyi siniflər
|
Sual sayı / Maksimum bal
|
|
1
|
Kateqoriya 1
|
7-8-ci siniflər
|
20 sual / 100
bal
|
|
2
|
Kateqoriya 2
|
9-10-cu
siniflər
|
20 sual / 100
bal
|
|
3
|
Kateqoriya 3
|
11-12-ci
siniflər
|
20 sual / 100
bal
|
6. Qiymətləndirmə meyarları
·
İlk 5 sual: hər
düzgün cavab 4 bal
·
Növbəti 10 sual: hər
düzgün cavab 5 bal
·
Son 5 sual: hər
düzgün cavab 6 bal
·
Bir səhv cavab, bir
balı silir.
·
Cavab yazılmayan
sual üzrə bal verilmir və bal silinmir.
|
Diqqət
İştirakçı cavab kartında iş nömrəsini, ad və soyadını düzgün qeyd etməlidir.
Məlumatların səhv yazılması nəticələrin düzgün görünməməsinə səbəb ola bilər
və bu məsuliyyət iştirakçının üzərindədir.
|
7. Mükafatlandırma və final hüququ
·
İştirak sertifikatı - seçim turunda
iştirak edən bütün şagirdlərə təqdim olunur.
·
40-49 bal: Fəxri fərman
·
50-74 bal: Bürünc medal
·
75-90 bal: Gümüş medal + Qlobal tur
qeydiyyatına 5% endirim
·
91-100 bal: Qızıl medal + Qlobal tur
qeydiyyatına 10% endirim
·
Final mərhələsi ilə bağlı əlavə məlumat
üçün Əli Mirzəyev ilə əlaqə saxlamaq olar: +994 50 371 42 80
8. Nəticələr və apellyasiya
·
Nəticələr imtahandan sonra şəxsi kabinetdə
elan olunur. İştirakçılar ballarını, doğru və yanlış cavab sayını, həmçinin
suallar üzrə cavab statusunu şəxsi kabinetdən izləyə biləcəklər.
·
Nəticələr elan olunduqdan sonra
apellyasiya bölməsi aktivləşdirilə bilər. Apellyasiya müraciətində şagirdin
ad-soyadı, kateqoriyası, şikayət edilən sual nömrəsi və əsaslandırılmış izah
qeyd olunmalıdır.
·
Apellyasiya müddəti təşkilati qərara əsasən
12 və ya 24 saat aktiv ola bilər. Müddət bitdikdən sonra müraciətlər ekspert
heyəti tərəfindən nəzərdən keçirilir və yekun nəticələr sistemdə yenilənir.
·
Mükafatlandırma ilə bağlı məlumat şəxsi
kabinet və GOC-un rəsmi kommunikasiya kanalları vasitəsilə təqdim ediləcək.
9. İmtahan qaydaları və nizam-intizam
·
İştirakçılar imtahan zalına yalnız təşkilatçıların
göstərişi ilə daxil olur və göstərilən yerdə əyləşirlər.
·
Elektron cihazlardan istifadə qadağandır:
telefon, ağıllı saat, kalkulyator, naqilsiz qulaqcıq və digər oxşar vasitələr
imtahan zalında istifadə oluna bilməz.
·
Şagird imtahana başlamazdan əvvəl ona
verilən kitabça və cavab kartını yoxlamalıdır. Yanlış kitabça və ya cavab kartı
ilə bağlı məsələ imtahan başladıqdan sonra qəbul edilməyə bilər.
·
Hər suala yalnız bir cavab işarələnməlidir.
Birdən çox cavab verilən sual səhv cavab kimi qiymətləndirilə bilər.
·
İmtahan zamanı sualın məzmunu, həlli və
ya cavab variantları ilə bağlı nəzarətçiyə sual vermək olmaz.
·
Köçürmə, yardım alma və ya yardım etmə
halları ciddi qayda pozuntusu hesab olunur və iştirakçının diskvalifikasiyasına
səbəb ola bilər.
·
İmtahan zalını tərk etməzdən əvvəl cavab
kartı nəzarətçiyə təhvil verilməlidir.
·
İmtahan sualları rəsmi sillabus və nümunə
suallar əsasında hazırlanır.
10. Ödəniş və dəyişiklik qaydası
|
Ödəniş geri qaytarılmır
Qeydiyyat tamamlandıqdan və ödəniş edildikdən sonra ödəniş geri qaytarılmır.
Üzrlü səbəb olduqda və təşkilatçı tərəfindən təsdiqləndikdə iştirak hüququ
başqa uyğun imtahana keçirilə bilər. Dəyişiklik yalnız imtahan başlamazdan əvvəl
və mövcud təşkilati imkanlar çərçivəsində mümkündür.
|
·
Sağlamlıq problemi ilə bağlı tibbi arayış
təqdim edildikdə, iştirak hüququ başqa uyğun imtahana keçirilə bilər.
·
Fövqəladə hal və ya təbii fəlakət səbəbindən
iştirak mümkün olmadıqda, məsələ təşkilatçı tərəfindən ayrıca qiymətləndirilir.
·
İmtahan başladıqdan sonra heç bir dəyişiklik
və ya keçid müraciəti qəbul edilmir.
·
Keçid və dəyişiklik hüququ pul şəklində
geri ödəniş yaratmır.
11. Nümunə suallar və sillabus
Nümunə suallar və sillabusla tanış
olmaq üçün link: https://drive.google.com/drive/folders/1CD3PvJjumJIR207W0M0tRdvZv_tWDeYD