
🗓 Tədbirin Tarixi:
14 dekabr 2025, 11:00
📍 Keçirilmə Məkanı:
Bakı Biznes Universiteti
❓ Kimlər iştirak edə bilər?
1-ci sinifdən 10-cu sinifə qədər hər kəs iştirak edə bilər
☎️ Təcili Əlaqə üçün Məsul Şəxs:
Ləman Əlizadə – Telefon: +994 50 224 51 40
📘 Olimpiada haqqında ümumi məlumat:
Nextgen English Competition — 2–11-ci sinif şagirdlərinin ingilis dili, yaradıcı düşüncə və ünsiyyət bacarıqlarını qlobal səviyyədə nümayiş etdirdiyi beynəlxalq yarışmadır.
Bu il final mərhələsi Avstraliyanın Sidney şəhərində keçiriləcək. Dünyanın müxtəlif ölkələrindən gələn yüzlərlə iştirakçı burada biliklərini sınaqdan keçirəcək, yeni dostluqlar quracaq və qlobal səhnədə özünü göstərəcək.
Nextgen English Competition — dilini danış, dünyanı kəşf et!
🧩 İmtahan strukturu və mərhələlər:
S\S | Kateqoriya adları | Əhatə etdiyi sinif | Sual sayı | Maksimal Bal | İmtahan müddəti |
|---|
1 | Kateqoriya 1 | 2 | 25 | 100 | 60 |
|---|
2 | Kateqoriya 2 | 3-4 | 25 | 100 | 60 |
|---|
3 | Kateqoriya 3 | 5-6 | 25 | 100 | 60 |
|---|
4 | Kateqoriya 4 | 7-8 | 25 | 100 | 60 |
|---|
5 | Kateqoriya 5 | 9-10 | 25 | 100 | 60 |
|---|
6 | Kateqoriya 6 | 11 | 25 | 100 | 60 |
|---|
📊 Qiymətləndirmə meyarları:
Yazılmayan suallara verilən bal və ya silinən bal: 0 bal
🏅 Mükafatlandırma:
İştirak sertifikatı, topladığı balların sayından asılı olmayaraq, ilkin turun bütün iştirakçılarına veriləcəkdir.
Top 5 faiz qızıl medal + Sidneyə vəsiqə
Top 15 faiz gümüş medal + Sidneyə vəsiqə
Top 30 faiz bürünc medal + Sidneyə vəsiqə
Top geriyə qalan 20 faiz isə fəxri fərman
Qeyd: Final ilə bağlı suallarınız üçün +994503714280 - Əli Mirzəyev nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
📢 Nəticələrin elan olunması:
İmtahan günü, çoxvariantlı olimpiadalarda imtahandan3 gün ərzindənəticələr şəxsi kabinetdə görünəcəkdir. İştirakçılar öz ballarını, neçə doğru və yanlış cavab verdiklərini, hansı suallara düzgün və ya səhv cavab verdiklərini görə biləcəklər.
Nəticələr açıqlandıqdan sonra şəxsi kabinetdə Apellyasiya müraciəti aktivləşir. İştirakçılar burada öz ad, soyadlarını, kateqoriyalarını qeyd edir və hansı suallar üzrə şikayətləri varsa, sual nömrələrini yazırlar (məsələn, 4, 5, 7, 11, 25-ci suallar). Daha sonra şikayətlərinin səbəblərini ətraflı şəkildə izah etməlidirlər. Açıqlama bölməsində, şikayətin məzmunu, sualların hansı aspektinin düzgün hesab edilmədiyi və əlavə dəlillər varsa, onlar qeyd olunmalıdır. Bu, şikayətin daha dəqiq və ədalətli şəkildə dəyərləndirilməsinə kömək edir.
Qeyd: Olimpiadanın və ya yarışmanın öncədən təyin olunmuş gün və saatı dəyişmə halı Global Olympiad Center tərəfdə qalır. GOC ölkə ərazisində baş vermiş hər hansı bir böyük tədbir və yaxud da iştirakçı sayına görə imtahanın məkan və saatını dəyişə bilər.
📌 İmtahan qaydaları və nizam-intizam:
Nümayəndə sizə başla dediyi zaman:
Şagirdlərə heç bir elektron cihazdan istifadə etməyə icazə verilmir.
İmtahana başlamazdan öncə verilmiş kitabçanızla tanış olun. İmtahan başladıqdan sonra kitabçanın yanlış olaraq sizə verilməsi bildirdiyiniz halda qəbul edilməyəcək, bu məsuliyyəti şagird daşıyır.
Şagirdlər cavabları, cavab kartına əlavə etmək üçün diyircəkli göy qələmdən(ruçka) istifadə edə bilərlər.
Hər suala yalnız bir cavab verilməlidir. Birdən çox cavab verilən sual səhv cavab kimi dəyərləndirilir.
Şagirdlər hər hansı bir məsələnin mənası və yaxud sualın məğzi ilə bağlı otaq nümayəndəsindən soruşa bilməzlər.
Şagirdlər imtahan zamanı heç bir yardım göstərməməli və ya almamalıdırlar. Hər hansı bir fırıldaqçılıq, başqalarına fırıldaqçılıqda kömək etmək, bu və ya bu cür uyğun olmayan davranışlara cəlb etmək ciddi pozuntudur və bir qayda olaraq diskvalifikasiyaya (xaric edilmə) səbəb olur.
Şagirdlər bir-birindən ləvazimat istəyə bilməzlər. Yalnız öz qələm, silgi və digər vasitələrinizdən istifadə etməlisiniz.
İlk 30 dəqiqə ərzində imtahan zalından çıxmaq qadağandır. Zalı tərk edənlər yenidən imtahana buraxılmayacaqlar.
İmtahan zalını tərk etməzdən əvvəl cavab kağızınızı nəzarətçiyə təhvil verməyi unutmayın.
İmtahan sualları sizə öncədən təqdim olunmuş sillabuslar əsasında hazırlanmışdır.
Sizə verilmiş iş nömrənizi və ad soyadınızı cavab kartına düzgün şəkildə daxil edin. Əks halda cavablar açıqlananda düzgün olmayan nəticələrlə rastlaşa bilərsiniz. Bundan sadəcə şagird cavabdehdir.
💳 Geri ödəniş prosesi haqqında:
Geri Ödəniş Siyasəti:
Sağlamlıq problemləri ilə bağlı tibbi arayış təqdim edildikdə.
Fövqəladə hallar və ya təbii fəlakətlər səbəbindən iştirakın mümkünsüz olduğu hallar.
❓ Nümunə suallar və silabuslar:
Suallara baxmaq üçün və sillabusla tanış olmaq üçün linkə tıklayın:
https://drive.google.com/drive/folders/10J9J_JAcBpm7ZaYLMYSYUH0RttZz8lMr?usp=sharing