
USA ENGLISH OLYMPIAD 2026-2027
Amerikanın Beynəlxalq İngilis Dili Olimpiadası
Rəsmi Təlimat Vərəqi
|
Vacib qeyd
Bu təlimat USA English Olympiad seçim turu üçün
hazırlanmışdır. Qeydiyyatdan keçən hər bir iştirakçı və valideyn bu
qaydalarla tanış olmuş hesab olunur.
|
1. Təşkilati məlumat
|
Tədbirin
adı
|
USA English Olympiad 2026-2027
|
|
Seçim
turunun tarixi
|
25 oktyabr 2026
|
|
Başlama
saatı
|
11:00
|
|
İmtahana
giriş
|
Qapılar 09:30-da açılır. İştirakçılar imtahan məkanında
vaxtında olmalıdırlar.
|
|
Son
giriş
|
10:45-dən sonra iştirakçıların imtahan zalına
buraxılması təşkilatçı qərarına əsasən məhdudlaşdırıla bilər.
|
|
İmtahan
dili
|
Əsas dil ingilis dilidir. Azərbaycan və rus
dilləri yalnız tərcümə məqsədli təqdim edilir.
|
|
İştirakçı
sinifləri
|
3-11-ci sinif şagirdləri
|
|
Təcili
əlaqə
|
Ləman Əlizadə - +994 50 224 51 40
|
2. Keçirilmə məkanları
• Bakı şəhəri
- dəqiq məkan şəxsi kabinetdə və rəsmi bildirişdə elan olunacaq.
• Sumqayıt
- Sumqayıt Dövlət Universiteti
• Gəncə -
Gəncə Dünya Məktəbi
• Naxçıvan
- NDU Beynəlxalq Məktəbi
3. Olimpiada
haqqında
USA English Olympiad ingilis dilini yalnız ünsiyyət vasitəsi
kimi deyil, həm də analitik düşünmə, oxuyub-anlama, məntiqi nəticə çıxarma və
düzgün ifadəetmə bacarığı kimi qiymətləndirən beynəlxalq yarışdır.
Olimpiada şagirdlərin ingilis dili üzrə akademik
potensialını ölçməyi, onları beynəlxalq mühitdə öz biliklərini sınamağa
hazırlamağı və gələcək akademik portfoliolarını gücləndirməyi hədəfləyir.
Olimpiadanın final mərhələsi ABŞ-da keçirilən qlobal raund çərçivəsində
təşkil olunur. Seçim turunda uğurlu nəticə göstərən iştirakçılar final mərhələsinə
qeydiyyat hüququ əldə edə bilərlər.
4. İmtahan
strukturu
|
Mərhələlər
|
Seçim mərhələsi - Azərbaycan; Final mərhələsi -
ABŞ
|
|
Sual
növü
|
Çoxvariantlı suallar
|
|
Sual
sayı
|
35 sual
|
|
Maksimum
bal
|
150 bal
|
|
İmtahan
müddəti
|
90 dəqiqə
|
|
Keçirilmə
formatı
|
Kateqoriyalar üzrə
|
5.
Kateqoriyalar
|
S/S
|
Kateqoriya
|
Əhatə etdiyi siniflər
|
Sual sayı
|
Maksimum bal
|
Müddət
|
|
1
|
SKY
BLUE EAGLES
|
3-4
|
35
|
150
|
90
dəq.
|
|
2
|
YELLOW
EAGLES
|
5-6
|
35
|
150
|
90
dəq.
|
|
3
|
GREEN
EAGLES
|
7-8
|
35
|
150
|
90
dəq.
|
|
4
|
BLUE
EAGLES
|
9-10
|
35
|
150
|
90
dəq.
|
|
5
|
RED
EAGLES
|
11
|
35
|
150
|
90
dəq.
|
6. Qiymətləndirmə
meyarları
• 1-10-cu
suallar: hər düzgün cavab 3 bal
• 11-20-ci
suallar: hər düzgün cavab 4 bal
• 21-30-cu
suallar: hər düzgün cavab 5 bal
• 31-35-ci
suallar: hər düzgün cavab 6 bal
• Səhv
cavaba görə bal silinmir.
• Cavab
yazılmayan sual üzrə bal verilmir və bal silinmir.
|
Diqqət
İştirakçı cavab kartında iş nömrəsini, ad və
soyadını düzgün qeyd etməlidir. Məlumatların səhv yazılması nəticələrin
düzgün görünməməsinə səbəb ola bilər və bu məsuliyyət iştirakçının üzərindədir.
|
7.
Mükafatlandırma və final hüququ
• İştirak
sertifikatı - seçim turunda iştirak edən bütün şagirdlərə təqdim olunur.
• 40-49% nəticə:
Fəxri fərman sertifikatı
• 50-74% nəticə:
Bürünc medal
• 75-90% nəticə:
Gümüş medal + Qlobal Raund qeydiyyat haqqına 5% endirim
• 91-100%
nəticə: Qızıl medal + Qlobal Raund qeydiyyat haqqına 10% endirim
• Final mərhələsi
ilə bağlı əlavə məlumat üçün Əli Mirzəyev ilə əlaqə saxlamaq olar: +994 50 371
42 80
8. Nəticələr və
apellyasiya
• Nəticələr
imtahandan sonra şəxsi kabinetdə elan olunur. İştirakçılar ballarını, doğru və
yanlış cavab sayını, həmçinin nəticə statusunu şəxsi kabinetdən izləyə biləcəklər.
• Nəticələr
elan olunduqdan sonra apellyasiya bölməsi aktivləşdirilə bilər.
• Apellyasiya
müraciətində şagirdin ad-soyadı, kateqoriyası, şikayət edilən sual nömrəsi və əsaslandırılmış
izah qeyd olunmalıdır.
• Apellyasiya
yalnız rəsmi qaydalara uyğun və məhdud zaman çərçivəsində mümkündür.
• Mükafatlandırma
və sertifikatlarla bağlı məlumat şəxsi kabinet və GOC-un rəsmi kommunikasiya
kanalları vasitəsilə təqdim ediləcək.
9. İmtahan
qaydaları və nizam-intizam
• İştirakçılar
imtahan zalına yalnız təşkilatçıların göstərişi ilə daxil olur və göstərilən
yerdə əyləşirlər.
• Elektron
cihazlardan istifadə qadağandır: telefon, ağıllı saat, kalkulyator, naqilsiz
qulaqcıq və digər oxşar vasitələr imtahan zalında istifadə oluna bilməz.
• Şagird
imtahana başlamazdan əvvəl ona verilən kitabça və cavab kartını yoxlamalıdır.
• Hər
suala yalnız bir cavab işarələnməlidir. Birdən çox cavab verilən sual səhv
cavab kimi qiymətləndirilə bilər.
• İmtahan
zamanı sualın məzmunu, həlli və ya cavab variantları ilə bağlı nəzarətçiyə sual
vermək olmaz.
• Köçürmə,
yardım alma və ya yardım etmə halları ciddi qayda pozuntusu hesab olunur və
iştirakçının diskvalifikasiyasına səbəb ola bilər.
• İmtahan
zalını tərk etməzdən əvvəl cavab kartı nəzarətçiyə təhvil verilməlidir.
10. Ödəniş və
geri qaytarma siyasəti
• Qeydiyyat
zamanı edilən ödənişlər geri qaytarılmır.
• İmtahanda
iştirak edilməməsi ödənişin geri qaytarılması üçün əsas sayılmır.
• Təşkilati
qərara əsasən, zəruri hallarda iştirak hüququ başqa uyğun imtahana və ya növbəti
dövrə keçirilə bilər.
• Keçid və
ya dəyişiklik hüququ pul şəklində geri ödəniş yaratmır.
11. Nümunə
suallar və sillabus
Nümunə suallar və sillabusla tanış olmaq üçün link:
https://drive.google.com/drive/folders/1oHiNKiZZAauj21mepJ1oibKDgjEYEZst
12. Qaydalar və
şərtlər - valideyn təsdiqi üçün
Valideyn “RAZIYAM” seçimini aktiv etməklə aşağıdakı şərtlərlə
razılaşmış hesab olunur:
• İştirak
razılığı: Övladımın USA English Olympiad
yarışmasında iştirakına könüllü şəkildə razılıq verirəm.
• Məlumatların
doğruluğu: Qeydiyyat zamanı təqdim etdiyim
bütün məlumatların düzgün və aktual olduğunu təsdiq edirəm. Yanlış və ya
natamam məlumat aşkar edildiyi halda nəticənin ləğv edilə biləcəyini qəbul edirəm.
• Rəsmi təlimatın
qəbulu: Qeydiyyatdan sonra elektron poçt
vasitəsilə göndərilən PDF formatlı rəsmi təlimatı oxuduğumu, başa düşdüyümü və
qəbul etdiyimi təsdiq edirəm.
• İmtahan
dili ilə bağlı razılıq: İmtahanın əsas
dilinin ingilis dili olduğunu, Azərbaycan və rus dillərinin yalnız tərcümə məqsədli
təqdim edildiyini qəbul edirəm.
• Akademik
dürüstlük: Övladımın imtahanı müstəqil şəkildə
yerinə yetirəcəyini qəbul edirəm. Köçürmə, əlavə materialdan istifadə, telefon
və ya digər texniki vasitələrdən istifadə kimi qayda pozuntuları aşkar edildiyi
halda nəticənin ləğv olunmasına razıyam.
• Qiymətləndirmə
və apellyasiya: Qiymətləndirmənin obyektiv
və rəsmi meyarlara uyğun aparıldığını qəbul edirəm. Nəticələrin yalnız şəxsi
kabinet vasitəsilə elan olunacağını təsdiq edirəm. Apellyasiya yalnız rəsmi
qaydalara uyğun və məhdud zaman çərçivəsində mümkündür.
• Təşkilati
dəyişikliklər: Global Olympiad Center zəruri
hallarda imtahanın tarixi, vaxtı, formatı və məkanı ilə bağlı dəyişiklik etmək
hüququna malikdir.
• Ödəniş və
geri qaytarma: Qeydiyyat zamanı edilən ödənişlər,
əgər tətbiq olunarsa, geri qaytarılmır. İmtahanda iştirak edilməməsi ödənişin
geri qaytarılması üçün əsas sayılmır.
• Məxfilik: Övladımın şəxsi məlumatlarının yalnız olimpiada və təşkilati
proseslərin idarə olunması məqsədilə istifadə olunmasına razılıq verirəm.
• Foto və
video razılığı: Olimpiada zamanı çəkilən
foto və videoların nəticələrin elan edilməsi, sertifikatlaşdırma, hesabatlılıq
və GOC-un rəsmi media resurslarında istifadəsinə razıyam.
• Məsuliyyət
və yekun təsdiq: Övladımın imtahan
qaydalarına əməl etməsinə nəzarət edəcəyimi qəbul edirəm. “RAZIYAM” düyməsini
sıxmaqla bütün qaydaları oxuduğumu, başa düşdüyümü və tam şəkildə qəbul
etdiyimi təsdiq edirəm.
|
Son qeyd
Global Olympiad Center ölkə ərazisində baş verən
xüsusi hallar, böyük tədbirlər, təhlükəsizlik və ya iştirakçı sayı ilə əlaqədar
olaraq imtahan məkanı, saatı və təşkilati qaydalarda dəyişiklik etmək
hüququnu özündə saxlayır.
|