
AIMO 2026-2027
Asiya Beynəlxalq Riyaziyyat Olimpiadası
Rəsmi Təlimat Vərəqi
|
Vacib qeyd
Bu təlimat AIMO seçim turu üçün hazırlanmışdır.
Qeydiyyatdan keçən hər bir iştirakçı və valideyn bu qaydalarla tanış olmuş
hesab olunur.
|
1.
Təşkilati məlumat
|
Tədbirin adı
|
AIMO
2026-2027 - Asiya Beynəlxalq Riyaziyyat Olimpiadası
|
|
Seçim turunun tarixi
|
06 iyun 2027
|
|
Başlama saatı
|
11:00
|
|
İmtahana giriş
|
Qapılar
09:30-da açılır. İştirakçılar ən azı 1 saat əvvəl imtahan məkanında
olmalıdırlar.
|
|
Son giriş
|
10:45-dən
sonra iştirakçıların imtahan zalına buraxılması təşkilatçı qərarına əsasən məhdudlaşdırıla
bilər.
|
|
İştirakçı sinifləri
|
1-11-ci sinif
şagirdləri
|
|
Məsul şəxs
|
Ləman Əlizadə
- +994 50 224 51 40
|
2.
Keçirilmə məkanları
• Bakı şəhəri
• Naxçıvan şəhəri
|
Məkan haqqında
İmtahana 1 həftə qalmış iştirakçının şəxsi
kabinetində imtahan məkanı, saatı və digər təşkilati məlumatlar görünəcək. İştirakçılar
şəxsi kabineti mütəmadi yoxlamalıdırlar.
|
3.
AIMO haqqında
AIMO - Asiya Beynəlxalq Riyaziyyat Olimpiadası şagirdlərdə
riyazi düşünmə, məntiqi analiz, problem həll etmə və yaradıcı yanaşma
bacarıqlarını inkişaf etdirməyi hədəfləyən beynəlxalq riyaziyyat
platformasıdır.
Yarışma şagirdlərə öz biliklərini siniflər üzrə yoxlamaq, fərqli
tipli məsələlər üzərində düşünmək və beynəlxalq səviyyəli riyaziyyat təcrübəsi
qazanmaq imkanı yaradır.
AIMO nəticələri şagirdlərin akademik portfoliosunu gücləndirə,
xüsusilə STEM istiqamətlərinə marağı olan iştirakçılar üçün əlavə üstünlük
yarada bilər.
4.
İmtahan strukturu
|
Mərhələlər
|
Seçim mərhələsi
- Azərbaycan; Final mərhələsi - AIMO beynəlxalq mərhələsi
|
|
Sual növü
|
Açıq tipli suallar
|
|
Keçirilmə formatı
|
Siniflər üzrə
|
|
Sual sayı
|
20 sual
|
|
Maksimum bal
|
100 bal
|
5.
Siniflər üzrə imtahan müddəti
|
S/S
|
Siniflər
|
Sual sayı
|
Maksimum bal
|
İmtahan müddəti
|
|
1
|
1-ci sinif
|
20
|
100
|
60 dəqiqə
|
|
2
|
2-ci sinif
|
20
|
100
|
60 dəqiqə
|
|
3
|
3-cü sinif
|
20
|
100
|
70 dəqiqə
|
|
4
|
4-cü sinif
|
20
|
100
|
70 dəqiqə
|
|
5
|
5-ci sinif
|
20
|
100
|
70 dəqiqə
|
|
6
|
6-cı sinif
|
20
|
100
|
70 dəqiqə
|
|
7
|
7-ci sinif
|
20
|
100
|
70 dəqiqə
|
|
8
|
8-ci sinif
|
20
|
100
|
70 dəqiqə
|
|
9
|
9-cu sinif
|
20
|
100
|
70 dəqiqə
|
|
10
|
10-11-ci siniflər
|
20
|
100
|
90 dəqiqə
|
6.
Qiymətləndirmə meyarları
• İlk 8 sual: hər düzgün cavab 4 bal
• Növbəti 8 sual: hər düzgün cavab 5 bal
• Son 4 sual: hər düzgün cavab 7 bal
• Səhv cavaba görə bal silinmir.
• Cavab yazılmayan sual üzrə bal verilmir və
bal silinmir.
|
Diqqət
İştirakçı cavab kartında iş nömrəsini, ad və
soyadını düzgün qeyd etməlidir. Məlumatların səhv yazılması nəticələrin
düzgün görünməməsinə səbəb ola bilər və bu məsuliyyət iştirakçının üzərindədir.
|
7.
Mükafatlandırma və final hüququ
• İştirak sertifikatı - seçim turunda iştirak
edən bütün şagirdlərə təqdim olunur.
• Qızıl mükafat: nəticəyə əsasən ilk 10%
iştirakçı
• Gümüş mükafat: növbəti 20% iştirakçı
• Bürünc mükafat: növbəti 30% iştirakçı
• Final mərhələsi və beynəlxalq iştirak şərtləri
barədə əlavə məlumat şəxsi kabinet və rəsmi kommunikasiya kanalları vasitəsilə
təqdim olunacaq.
• Final mərhələsi ilə bağlı əlavə məlumat
üçün Əli Mirzəyev ilə əlaqə saxlamaq olar: +994 50 371 42 80
8.
Nəticələr və apellyasiya
• Nəticələr imtahandan sonra şəxsi kabinetdə
elan olunur. İştirakçılar ballarını və nəticə statusunu şəxsi kabinetdən izləyə
biləcəklər.
• Nəticələr elan olunduqdan sonra
apellyasiya bölməsi aktivləşdirilə bilər. Apellyasiya müraciətində şagirdin
ad-soyadı, sinfi, şikayət edilən sual nömrəsi və əsaslandırılmış izah qeyd
olunmalıdır.
• Apellyasiya müddəti təşkilati qərara əsasən
12 və ya 24 saat aktiv ola bilər. Müddət bitdikdən sonra müraciətlər ekspert
heyəti tərəfindən nəzərdən keçirilir və yekun nəticələr sistemdə yenilənir.
9.
İmtahan qaydaları və nizam-intizam
• İştirakçılar imtahan zalına yalnız təşkilatçıların
göstərişi ilə daxil olur və göstərilən yerdə əyləşirlər.
• Elektron cihazlardan istifadə qadağandır:
telefon, ağıllı saat, kalkulyator, naqilsiz qulaqcıq və digər oxşar vasitələr
imtahan zalında istifadə oluna bilməz.
• Şagird imtahana başlamazdan əvvəl ona
verilən kitabça və cavab kartını yoxlamalıdır. Yanlış kitabça və ya cavab kartı
ilə bağlı məsələ imtahan başlamazdan əvvəl qəbul edilə bilər.
• Hər suala yalnız bir cavab yazılmalı və
ya işarələnməlidir. Birdən çox cavab göstərilən sual səhv cavab kimi qiymətləndirilə
bilər.
• İmtahan zamanı sualın məzmunu, həlli və
ya cavab variantları ilə bağlı nəzarətçiyə sual vermək olmaz.
• Köçürmə, yardım alma və ya yardım etmə
halları ciddi qayda pozuntusu hesab olunur və iştirakçının diskvalifikasiyasına
səbəb ola bilər.
• İmtahan zalını tərk etməzdən əvvəl cavab
kartı nəzarətçiyə təhvil verilməlidir.
10.
Ödəniş və dəyişiklik qaydası
|
Ödəniş geri qaytarılmır
Qeydiyyat tamamlandıqdan və ödəniş edildikdən sonra
ödəniş geri qaytarılmır. Üzrlü səbəb olduqda və təşkilatçı tərəfindən təsdiqləndikdə
iştirak hüququ başqa uyğun imtahana keçirilə bilər. Dəyişiklik yalnız imtahan
başlamazdan əvvəl və mövcud təşkilati imkanlar çərçivəsində mümkündür.
|
• Sağlamlıq problemi ilə bağlı tibbi arayış
təqdim edildikdə, iştirak hüququ başqa uyğun imtahana keçirilə bilər.
• Fövqəladə hal və ya təbii fəlakət səbəbindən
iştirak mümkün olmadıqda, məsələ təşkilatçı tərəfindən ayrıca qiymətləndirilir.
• İmtahan başlandıqdan sonra heç bir dəyişiklik
və ya keçid müraciəti qəbul edilmir.
• Keçid və dəyişiklik hüququ pul şəklində
geri ödəniş yaratmır.
11.
Nümunə suallar və sillabus
Nümunə suallar və sillabusla tanış olmaq üçün link:
https://drive.google.com/drive/folders/1gSJNrzp5mG7rh3MOGUQuWR3rWdwCHh5X?usp=sharing
|
Son qeyd
Global Olympiad Center ölkə ərazisində baş verən
xüsusi hallar, böyük tədbirlər, təhlükəsizlik və ya iştirakçı sayı ilə əlaqədar
olaraq imtahan məkanı, saatı və təşkilati qaydalarda dəyişiklik etmək
hüququnu özündə saxlayır.
|