COPERNICUS MATH 2026-2027
Amerikanın Beynəlxalq Riyaziyyat Olimpiadası
Rəsmi Təlimat Vərəqi
|
Vacib qeyd
Bu təlimat Copernicus Math seçim turu üçün
hazırlanmışdır. Qeydiyyatdan keçən hər bir iştirakçı və valideyn bu
qaydalarla tanış olmuş hesab olunur.
|
1. Təşkilati məlumat
|
Tədbirin adı
|
Copernicus Math 2026-2027
- Amerikanın Beynəlxalq Riyaziyyat Olimpiadası
|
|
Seçim turunun tarixi
|
7 fevral 2027
|
|
Başlama saatı
|
11:00
|
|
İmtahana giriş
|
Qapılar 09:30-da açılır.
İştirakçılar ən azı 1 saat əvvəl imtahan məkanında olmalıdırlar.
|
|
Son giriş
|
10:45-dən sonra
iştirakçıların imtahan zalına buraxılması təşkilatçı qərarına əsasən məhdudlaşdırıla
bilər.
|
|
İştirakçı sinifləri
|
3-11-ci sinif şagirdləri
|
|
Məsul şəxs
|
Ləman Əlizadə - +994 50
224 51 40
|
2. Keçirilmə məkanları
·
Bakı – (Məlumat
veriləcək)
·
Gəncə - Dünya Məktəbi
·
Sumqayıt - Sumqayıt
Dövlət Universiteti
·
Naxçıvan – NDU Beynəlxalq
Məktəbi
|
Məkan haqqında
İmtahana 1 həftə qalmış iştirakçının şəxsi kabinetində
imtahan məkanı, saatı və digər təşkilati məlumatlar görünəcək. İştirakçılar şəxsi
kabineti mütəmadi yoxlamalıdırlar.
|
3. Copernicus Math haqqında
Copernicus Math beynəlxalq səviyyədə
tanınan riyaziyyat olimpiadasıdır və şagirdlərin analitik düşünmə, məntiqi qərarvermə,
problem həll etmə və yaradıcı yanaşma bacarıqlarını inkişaf etdirməyi hədəfləyir.
Olimpiada şagirdlərə öz biliklərini
beynəlxalq standartlara uyğun yoxlamaq, rəqabət mühitində təcrübə qazanmaq və gələcək
akademik portfoliolarını gücləndirmək imkanı yaradır.
Seçim turunda uğurlu nəticə göstərən
iştirakçılar Copernicus Olimpiadasının qlobal final mərhələsinə qeydiyyat
hüququ əldə edə bilərlər.
4. İmtahan strukturu
|
Mərhələlər
|
Seçim mərhələsi - Azərbaycan;
Final mərhələsi - ABŞ
|
|
Sual növü
|
Çoxvariantlı suallar
|
|
Sual sayı
|
20 sual
|
|
Maksimum bal
|
100 bal
|
|
İmtahan müddəti
|
75 dəqiqə
|
|
Keçirilmə formatı
|
Kateqoriyalar üzrə
|
5. Kateqoriyalar
|
S/S
|
Kateqoriya
|
Əhatə etdiyi siniflər
|
Sual sayı / Maksimum bal
|
|
1
|
Kateqoriya 1
|
3-4-cü siniflər
|
20 sual / 100 bal
|
|
2
|
Kateqoriya 2
|
5-6-cı siniflər
|
20 sual / 100 bal
|
|
3
|
Kateqoriya 3
|
7-8-ci siniflər
|
20 sual / 100 bal
|
|
4
|
Kateqoriya 4
|
9-10-cu siniflər
|
20 sual / 100 bal
|
|
5
|
Kateqoriya 5
|
11-ci sinif
|
20 sual / 100 bal
|
6. Qiymətləndirmə meyarları
·
İlk 5 sual: hər
düzgün cavab 4 bal
·
Növbəti 10 sual: hər
düzgün cavab 5 bal
·
Son 5 sual: hər
düzgün cavab 6 bal
·
Bir səhv cavab, bir
balı silir.
·
Cavab yazılmayan
sual üzrə bal verilmir və bal silinmir.
|
Diqqət
İştirakçı cavab kartında iş nömrəsini, ad və soyadını
düzgün qeyd etməlidir. Məlumatların səhv yazılması nəticələrin düzgün görünməməsinə
səbəb ola bilər və bu məsuliyyət iştirakçının üzərindədir.
|
7. Mükafatlandırma və final hüququ
·
İştirak sertifikatı
- seçim turunda iştirak edən bütün şagirdlərə təqdim olunur.
·
40-49 bal: Fəxri fərman
·
50-74 bal: Bürünc
medal
·
75-90 bal: Gümüş
medal + Qlobal tur qeydiyyatına 5% endirim
·
91-100 bal: Qızıl
medal + Qlobal tur qeydiyyatına 10% endirim
·
Final mərhələsi ilə
bağlı əlavə məlumat üçün Əli Mirzəyev ilə əlaqə saxlamaq olar: +994 50 371 42
80
8. Nəticələr və apellyasiya
·
Nəticələr imtahandan
sonra şəxsi kabinetdə elan olunur. İştirakçılar ballarını, doğru və yanlış
cavab sayını, həmçinin suallar üzrə cavab statusunu şəxsi kabinetdən izləyə biləcəklər.
·
Nəticələr elan
olunduqdan sonra apellyasiya bölməsi aktivləşdirilə bilər. Apellyasiya müraciətində
şagirdin ad-soyadı, kateqoriyası, şikayət edilən sual nömrəsi və əsaslandırılmış
izah qeyd olunmalıdır.
·
Apellyasiya müddəti
təşkilati qərara əsasən 12 və ya 24 saat aktiv ola bilər. Müddət bitdikdən
sonra müraciətlər ekspert heyəti tərəfindən nəzərdən keçirilir və yekun nəticələr
sistemdə yenilənir.
·
Mükafatlandırma ilə
bağlı məlumat şəxsi kabinet və GOC-un rəsmi kommunikasiya kanalları vasitəsilə
təqdim ediləcək.
9. İmtahan qaydaları və nizam-intizam
·
İştirakçılar imtahan
zalına yalnız təşkilatçıların göstərişi ilə daxil olur və göstərilən yerdə əyləşirlər.
·
Elektron cihazlardan
istifadə qadağandır: telefon, ağıllı saat, kalkulyator, naqilsiz qulaqcıq və
digər oxşar vasitələr imtahan zalında istifadə oluna bilməz.
·
Şagird imtahana
başlamazdan əvvəl ona verilən kitabça və cavab kartını yoxlamalıdır. Yanlış
kitabça və ya cavab kartı ilə bağlı məsələ imtahan başladıqdan sonra qəbul
edilməyə bilər.
·
Hər suala yalnız bir
cavab işarələnməlidir. Birdən çox cavab verilən sual səhv cavab kimi qiymətləndirilə
bilər.
·
İmtahan zamanı
sualın məzmunu, həlli və ya cavab variantları ilə bağlı nəzarətçiyə sual vermək
olmaz.
·
Köçürmə, yardım alma
və ya yardım etmə halları ciddi qayda pozuntusu hesab olunur və iştirakçının
diskvalifikasiyasına səbəb ola bilər.
·
İmtahan zalını tərk
etməzdən əvvəl cavab kartı nəzarətçiyə təhvil verilməlidir.
·
İmtahan sualları rəsmi
sillabus və nümunə suallar əsasında hazırlanır.
10. Ödəniş və dəyişiklik qaydası
|
Ödəniş geri qaytarılmır
Qeydiyyat tamamlandıqdan və ödəniş edildikdən sonra ödəniş
geri qaytarılmır. Üzrlü səbəb olduqda və təşkilatçı tərəfindən təsdiqləndikdə
iştirak hüququ başqa uyğun imtahana keçirilə bilər. Dəyişiklik yalnız imtahan
başlamazdan əvvəl və mövcud təşkilati imkanlar çərçivəsində mümkündür.
|
·
Sağlamlıq problemi
ilə bağlı tibbi arayış təqdim edildikdə, iştirak hüququ başqa uyğun imtahana
keçirilə bilər.
·
Fövqəladə hal və ya
təbii fəlakət səbəbindən iştirak mümkün olmadıqda, məsələ təşkilatçı tərəfindən
ayrıca qiymətləndirilir.
·
İmtahan başladıqdan
sonra heç bir dəyişiklik və ya keçid müraciəti qəbul edilmir.
·
Keçid və dəyişiklik
hüququ pul şəklində geri ödəniş yaratmır.
11. Nümunə suallar və sillabus
Nümunə suallar və sillabusla tanış olmaq üçün link: https://drive.google.com/drive/folders/1mohmR_AjjH2rzyjT9AbpIB-f9WbjlzP6