Beynəlxalq Kopernik Olimpiadası - Təbiət fənnləri üzrə

Copernicus Natural Science — Təbiəti anlamaq gələcəyi formalaşdırmaqdır

Copernicus Natural Science Olimpiadası 3–11-ci sinif şagirdlərini biologiya, kimya, fizika, Yer elmləri və astronomiya üzrə biliklərini beynəlxalq səviyyədə sınamağa dəvət edir.

27 sentyabr 2027-ci ildə Bakı və Naxçıvanda keçiriləcək seçim turunda iştirakçılar yalnız nəzəri biliklərini deyil, müşahidə, analitik düşünmə, səbəb-nəticə əlaqəsi qurma və elmi problem həll etmə bacarıqlarını da nümayiş etdirəcəklər.

Yüksək nəticə göstərən şagirdlər Copernicus Olimpiadasının beynəlxalq final mərhələsində iştirak hüququ qazanaraq müxtəlif ölkələrdən olan istedadlı şagirdlərlə yarışmaq, medal və beynəlxalq sertifikat əldə etmək, akademik portfoliolarını gücləndirmək imkanı əldə edəcəklər.

Qeydiyyatdan keç!