WMTC Dünya Riyaziyyat Çempionatı

WMTC — Riyaziyyat biliklərini həm fərdi, həm də komanda formatında sına!

World Mathematics Team Championship (WMTC) — Berkeley Universitetinin professorları tərəfindən yaradılmış nüfuzlu beynəlxalq riyaziyyat yarışıdır.
Yarış şagirdlərin riyazi biliklərini, məntiqi təfəkkürünü, problem həll etmə və analitik düşünmə bacarıqlarını qiymətləndirir.
WMTC iştirakçılara öz biliklərini beynəlxalq standartlara uyğun tapşırıqlarla sınamaq imkanı yaradır.
Yarış əsasən 5–11-ci sinif şagirdləri üçün nəzərdə tutulur, lakin hazırlıq səviyyəsi yüksək olan daha aşağı sinif şagirdləri də iştirak edə bilərlər.
Azərbaycan üzrə mərhələ seçim turu formatında təşkil olunur.
Şagirdlər müəyyən olunmuş vaxt ərzində fərdi qaydada riyazi tapşırıqları cavablandırırlar.
Yüksək nəticə göstərən iştirakçılar beynəlxalq final mərhələsinə vəsiqə qazanırlar.
WMTC-nin beynəlxalq finalı Tailandda keçiriləcək.
Finalda iştirak şagirdlərə dünyanın müxtəlif ölkələrindən olan güclü rəqiblərlə yarışmaq və Azərbaycanı təmsil etmək imkanı verir.
WMTC şagirdin akademik inkişafını, beynəlxalq təcrübəsini və gələcək təhsil portfoliolarını gücləndirən mühüm nailiyyətdir.

Qeydiyyatdan keç!