INTERNATIONAL
SPIRIT OF MATH CONTEST
2027
AZƏRBAYCAN SEÇİM TURU
RƏSMİ TƏLİMAT VƏ İŞTİRAK QAYDALARI
|
TARİX
|
14 mart 2027
|
|
BAŞLAMA SAATI
|
11:00 — bütün siniflər üçün eyni vaxt
|
|
ŞƏHƏRLƏR
|
Bakı • Sumqayıt • Gəncə • Naxçıvan
|
1–8-ci sinif şagirdləri üçün
Rəsmi
təşkilatçı: Global Olympiad Center (GOC)
Bu sənəd iştirakçı və valideyn üçün məcburi
qaydaları müəyyən edir.
1 Müsabiqə
haqqında
International Spirit of Math Contest Kanadada yaranmış,
şagirdlərin riyazi düşünmə, məntiq, problem həll etmə və analitik təfəkkür
bacarıqlarını qiymətləndirən beynəlxalq riyaziyyat yarışmasıdır. Azərbaycan üzrə
seçim turu Global Olympiad Center tərəfindən təşkil olunur.
Seçim turunun məqsədi şagirdlərin beynəlxalq standartlara
uyğun riyazi bacarıqlarını müəyyənləşdirmək, yüksək nəticə göstərən
iştirakçıları mükafatlandırmaq və final mərhələsinə vəsiqə qazanan şagirdləri
seçməkdir.
|
ƏSAS MƏLUMATLAR
·
Tarix: 14 mart 2027-ci il
·
İmtahanın başlanma saatı: 11:00 — bütün siniflər
üçün eyni vaxt
·
Qapıların açılması: 09:30
·
Qapıların bağlanması: 10:45; bu saatdan sonra
iştirakçı imtahana buraxılmır
·
İştirakçılar: 1-ci sinifdən 8-ci sinfə qədər
şagirdlər
·
Keçiriləcək şəhərlər: Bakı, Sumqayıt, Gəncə və
Naxçıvan
·
Dəqiq imtahan məkanı və zal məlumatı
imtahandan əvvəl şəxsi kabinetdə elan olunur
|
1.1 Mərhələlər
·
Azərbaycan Seçim Turu — 14 mart 2027
·
Final mərhələsi — Kanada, Toronto; yekun tarix,
proqram və iştirak paketi ayrıca elan olunur
Qeyd: Beynəlxalq təşkilatçının
qayda, tarix, format və final proqramına etdiyi dəyişikliklər yekun və üstün
hüquqi qüvvəyə malikdir.
1.2 İmtahan
dili
İmtahanın əsas və hüquqi baxımdan istinad edilən dili
ingilis dilidir. Azərbaycan və rus dillərində təqdim olunan mətnlər yalnız tərcümə
və anlama dəstəyi məqsədi daşıyır. Mətnlər arasında uyğunsuzluq yarandıqda
ingilis dilində olan rəsmi mətn əsas götürülür.
2 İmtahan
strukturu və vaxt bölgüsü
Suallar çoxvariantlı formatdadır və hər sual üçün dörd cavab
variantı təqdim olunur. İştirakçı yalnız bir cavab seçməlidir.
|
Sinif
|
Sual sayı
|
İmtahan müddəti
|
1 düzgün
cavabın dəyəri
|
Maksimum bal
|
|
1-ci sinif
|
20
|
50 dəqiqə
|
5 bal
|
100 bal
|
|
2-ci sinif
|
20
|
50 dəqiqə
|
5 bal
|
100 bal
|
|
3-cü sinif
|
30
|
65 dəqiqə
|
3,33 bal
|
100 bal
|
|
4-cü sinif
|
30
|
65 dəqiqə
|
3,33 bal
|
100 bal
|
|
5-ci sinif
|
40
|
70 dəqiqə
|
2,5 bal
|
100 bal
|
|
6-cı sinif
|
40
|
70 dəqiqə
|
2,5 bal
|
100 bal
|
|
7-ci sinif
|
40
|
85 dəqiqə
|
2,5 bal
|
100 bal
|
|
8-ci sinif
|
40
|
85 dəqiqə
|
2,5 bal
|
100 bal
|
2.1 Qiymətləndirmə
prinsipləri
·
Bütün siniflər 100 ballıq vahid şkala üzrə qiymətləndirilir.
·
Düzgün cavab müvafiq bal ilə qiymətləndirilir; səhv
cavaba görə bal silinmir.
·
Cavablandırılmamış sual 0 bal hesab olunur.
·
Birdən çox cavab işarələnmiş sual səhv cavab
kimi qiymətləndirilir.
·
Yekun nəticə cavab kartında düzgün işarələnmiş
cavablar əsasında hesablanır.
·
Cavab kitabçasında yazılmış, lakin cavab kartına
köçürülməmiş cavablar qiymətləndirməyə daxil edilmir.
2.2 İcazə
verilən vasitələr
·
Göy rəngli diyircəkli qələm; ehtiyat qələm gətirilməsi
tövsiyə olunur.
·
Kalkulyator, mobil telefon, ağıllı saat,
qulaqcıq və digər elektron vasitələr qadağandır.
·
Qaralama üçün yalnız təşkilatçı tərəfindən təqdim
olunan materiallardan istifadə edilir.
3 Mükafatlandırma
və finala seçim
İştirakçılar sinif üzrə topladıqları bala əsasən faiz göstəricisi
ilə sıralanır. Medal bölgüsü beynəlxalq yarışmanın təsdiq etdiyi faiz prinsipi əsasında
aparılır.
|
Nəticə qrupu
|
Mükafat
|
Final statusu
|
|
Ən yüksək 5%
|
Qızıl mükafat (Gold Award)
|
Finala vəsiqə
|
|
Növbəti 10%
|
Gümüş mükafat (Silver
Award)
|
Finala vəsiqə
|
|
Növbəti 25%
|
Bürünc mükafat (Bronze
Award)
|
Finala vəsiqə
|
|
Növbəti 60%
|
İştirak sertifikatı
|
Finala vəsiqə verilmir
|
Qeyd: Eyni bal
toplamış iştirakçıların yerləşdirilməsi, faiz hədlərinin hesablanması və final
kvotaları beynəlxalq təşkilatçının yekun qaydalarına əsasən müəyyən edilə bilər.
4 Nəticələrin
elan olunması
·
Nəticələr şəxsi kabinetdə elan olunur.
·
İştirakçı ümumi balını, düzgün və səhv
cavablarının sayını, eləcə də sistemdə təqdim olunan cavab analizini görə bilər.
·
Nəticələrin dərc müddəti imtahanın texniki
yoxlanılması tamamlandıqdan sonra şəxsi kabinetdə elan edilir; plan üzrə nəticələr
qısa müddətdə dərc olunur.
·
Medal və sertifikat statusu apellyasiya prosesi
başa çatdıqdan sonra yekunlaşdırılır.
·
Elektron sertifikatlar şəxsi kabinetdən yüklənir.
Fiziki medal və sertifikatların təqdim qaydası ayrıca elan olunur.
4.1 Apellyasiya
qaydası
Apellyasiya yalnız nəticələr elan edildikdən sonra şəxsi
kabinetdə aktiv edilən rəsmi müraciət bölməsi vasitəsilə qəbul olunur.
·
Müraciətdə mübahisələndirilən sual nömrəsi və əsaslandırılmış
izah göstərilməlidir.
·
Apellyasiya üçün ayrılmış müddət məhduddur və şəxsi
kabinetdə ayrıca göstərilir; müddət bitdikdən sonra müraciət qəbul edilmir.
·
Apellyasiya yalnız sualın məzmunu, düzgün cavab
açarı və texniki qiymətləndirmə ilə bağlı əsaslandırılmış hallara baxılması
üçün nəzərdə tutulur.
·
Ekspert komissiyasının apellyasiya üzrə yekun qərarı
qətidir.
5 İmtahan
günü qaydaları
1.
Vaxtında
iştirak
İştirakçı imtahan məkanında ən gec saat 10:15-də olmalıdır. Qapılar 10:45-də
bağlanır və gecikən iştirakçı imtahana buraxılmır.
2.
Şəxsiyyət
və qeydiyyat
İştirakçı şəxsi kabinetdəki imtahan giriş məlumatını və tələb edilən şəxsiyyət
sənədini təqdim etməlidir.
3.
Kitabçanın
yoxlanılması
İmtahan başlamazdan əvvəl iştirakçı kitabçanın sinfinə və dil seçiminə
uyğunluğunu yoxlamalıdır. İmtahan başladıqdan sonra gec bildirilən uyğunsuzluğa
görə məsuliyyət iştirakçının üzərindədir.
4.
Müstəqil
iş
İştirakçı tapşırıqları tam müstəqil yerinə yetirməlidir. Yardım almaq, yardım
göstərmək, köçürmək və icazəsiz materialdan istifadə diskvalifikasiyaya səbəb
olur.
5.
Sual vermə
Nəzarətçiyə yalnız texniki və təşkilati məsələ ilə bağlı müraciət edilə bilər.
Sualın mənası, həlli və ya cavabı ilə bağlı izah verilmir.
6.
Zaldan
çıxış
İlk 30 dəqiqə ərzində zalı tərk etmək qadağandır. Zalı tərk edən iştirakçı
yenidən imtahana buraxılmır.
7.
Cavab
kartının təhvili
İştirakçı zalı tərk etməzdən əvvəl cavab kartını nəzarətçiyə təhvil verməlidir.
8.
Nizam-intizam
Səs-küy yaratmaq, digər iştirakçıya mane olmaq, qaydalara tabe olmamaq və
imtahan təhlükəsizliyini pozmaq nəticənin ləğvinə səbəb ola bilər.
6 Ödəniş
və geri qaytarma siyasəti
|
ÖDƏNİŞLƏR GERİ
QAYTARILMIR
·
Qeydiyyat ödənişi ödənildikdən sonra heç bir
halda geri qaytarılmır.
·
İştirakçının imtahana gəlməməsi, gecikməsi, xəstəliyi,
səfəri, məktəb qrafiki, nəqliyyat problemi və ya digər şəxsi səbəblər geri ödəniş
üçün əsas sayılmır.
·
Ödəniş başqa iştirakçının adına keçirilmir və
başqa olimpiada, tarix və ya xidmətlə əvəz edilmir.
·
Qeydiyyatın tamamlanması valideynin bu geri
qaytarılmama şərtini qəbul etməsi deməkdir.
|
Ödəniş qeydiyyat yerinin rezervasiyası, beynəlxalq iştirak
haqqı, imtahan materialları, platforma, məkan, nəzarət, qiymətləndirmə və digər
təşkilati xərclərin qarşılanması üçün qəbul edilir.
7 Global
Olympiad Center-in öhdəlikləri
·
Qeydiyyat məlumatlarını qəbul etmək və
iştirakçının şəxsi kabinetini təmin etmək;
·
İmtahanın tarixi, başlanma vaxtı və dəqiq məkanı
barədə rəsmi məlumat vermək;
·
İmtahan materiallarının məxfiliyini və təhlükəsizliyini
qorumaq;
·
Uyğun imtahan zalı, nəzarətçi heyət və təşkilati
şərait təmin etmək;
·
Cavabların müəyyən edilmiş qiymətləndirmə
qaydalarına uyğun yoxlanılmasını təşkil etmək;
·
Nəticələri, apellyasiya pəncərəsini və yekun
mükafat statusunu şəxsi kabinetdə elan etmək;
·
Sertifikat və medalların təqdim qaydasını
iştirakçılara bildirmək;
·
Şəxsi məlumatları yalnız olimpiadanın təşkili, nəticələrin
elan edilməsi və sertifikatlaşdırma məqsədləri üçün istifadə etmək;
·
Zəruri təşkilati dəyişikliklər barədə mümkün qədər
əvvəl rəsmi kanallarla məlumat vermək.
7.1 GOC-un
məsuliyyət sərhədləri
·
İştirakçının imtahana gediş-gəlişi, nəqliyyat,
yaşayış, qidalanma və digər şəxsi xərcləri valideynin məsuliyyətindədir.
·
Şəxsi əşyaların itirilməsi və ya zədələnməsinə
görə GOC məsuliyyət daşımır.
·
Gecikmə, sənəd çatışmazlığı, yanlış qeydiyyat məlumatı
və ya iştirakçının qayda pozuntusu nəticəsində imtahana buraxılmama və nəticənin
ləğvi üçün GOC məsuliyyət daşımır.
·
Beynəlxalq təşkilatçı tərəfindən qaydalara,
final proqramına, tarixə və ya kvotaya edilən dəyişikliklər GOC-un nəzarətindən
kənar hal hesab olunur.
8 Valideyn
və iştirakçının öhdəlikləri
·
Qeydiyyat məlumatlarını düzgün, tam və aktual təqdim
etmək;
·
Şəxsi kabineti və elektron poçtu mütəmadi
yoxlamaq;
·
İmtahanın dəqiq məkanını, vaxtını və giriş
qaydalarını əvvəlcədən yoxlamaq;
·
İştirakçının vaxtında və tələb olunan sənədlərlə
imtahan məkanında olmasını təmin etmək;
·
Rəsmi təlimat, ödəniş siyasəti, akademik
dürüstlük və nizam-intizam qaydalarını qəbul etmək;
·
Şagirdin qaydalara əməl etməsinə nəzarət etmək və
təşkilatçının qanuni göstərişlərinə riayət etmək.
9 Təşkilati
dəyişikliklər
Global Olympiad Center iştirakçı sayı, məkanın texniki
imkanları, təhlükəsizlik tələbləri, dövlət səviyyəli tədbirlər, fövqəladə
hallar və digər əsaslandırılmış səbəblərə görə imtahanın məkanını, zalını,
vaxtını və keçirilmə formatını dəyişmək hüququna malikdir. Dəyişikliklər şəxsi
kabinet, SMS, elektron poçt və ya rəsmi sosial media kanalları vasitəsilə elan
edilə bilər.
10 Nümunə
suallar və əlavə məlumat
Nümunə suallar və sillabus: https://drive.google.com/drive/folders/1hz3czmxBUPl6rgxrk8qC2l8I6jFKEcxI?usp=sharing
Keçmiş müsabiqə sualları: Spirit of Math — Past Contests
Əlaqə: Global Olympiad Center — +994 50 224 51 40
11 Qeydiyyat
zamanı valideyn təsdiqi
|
VALİDEYN ÜÇÜN MƏCBURİ
ELEKTRON TƏSDİQ
·
Qeydiyyat yalnız valideyn “RAZIYAM” seçimini
aktiv etdikdən sonra tamamlanmış hesab olunur.
·
Elektron təsdiq rəsmi razılıq kimi qəbul
edilir və qeydiyyat sistemində tarix və saatla qeydə alınır.
|
Valideyn “RAZIYAM” seçimini aktiv etməklə aşağıdakı şərtlərlə
razılaşmış hesab olunur:
1. İştirak
razılığı
Övladımın International Spirit of Math Contest 2027 — Azərbaycan
Seçim Turunda iştirakına könüllü şəkildə razılıq verirəm.
2. Məlumatların
doğruluğu
Qeydiyyat zamanı təqdim etdiyim bütün məlumatların düzgün və aktual
olduğunu təsdiq edirəm. Yanlış və ya natamam məlumat aşkar edildiyi halda
iştirakın və ya nəticənin ləğv edilə biləcəyini qəbul edirəm.
3. Rəsmi təlimatın
qəbulu
Qeydiyyat zamanı təqdim edilən, şəxsi kabinetdə yerləşdirilən və ya
elektron poçt vasitəsilə göndərilən PDF formatlı rəsmi təlimatı oxuduğumu, başa
düşdüyümü və qəbul etdiyimi təsdiq edirəm.
4. İmtahan dili
ilə bağlı razılıq
İmtahanın əsas dilinin ingilis dili olduğunu, Azərbaycan və rus dillərinin
yalnız tərcümə məqsədilə təqdim edildiyini və uyğunsuzluq olduqda ingilis
dilindəki mətnin əsas götürüldüyünü qəbul edirəm.
5. Akademik
dürüstlük
Övladımın imtahanı müstəqil şəkildə yerinə yetirəcəyini qəbul edirəm.
Köçürmə, yardım alma, yardım göstərmə, icazəsiz vasitədən istifadə və digər
qayda pozuntusu aşkar edildikdə nəticənin ləğv olunmasına razıyam.
6. Qiymətləndirmə
və apellyasiya
Qiymətləndirmənin müəyyən edilmiş qaydalar üzrə aparıldığını və nəticələrin
şəxsi kabinetdə elan olunduğunu qəbul edirəm. Apellyasiyanın yalnız rəsmi
qaydalara uyğun, əsaslandırılmış şəkildə və məhdud zaman çərçivəsində mümkün
olduğunu bilirəm.
7. Təşkilati dəyişikliklər
Global Olympiad Center-in zəruri hallarda imtahanın tarixi, vaxtı,
formatı, zalı və məkanı ilə bağlı dəyişiklik etmək hüququna malik olduğunu qəbul
edirəm.
8. Ödəniş və
geri qaytarma
Qeydiyyat zamanı edilən ödənişlərin geri qaytarılmadığını, başqa
iştirakçıya, tarixə və ya olimpiadaya keçirilmədiyini qəbul edirəm. İmtahanda
iştirak edilməməsinin, gecikmənin, xəstəliyin və digər şəxsi səbəblərin ödənişin
geri qaytarılması üçün əsas olmadığını təsdiq edirəm.
9. Məxfilik və
şəxsi məlumatlar
Övladımın və mənim qeydiyyat zamanı təqdim etdiyimiz şəxsi məlumatların
olimpiadanın təşkili, əlaqələndirmə, nəticələrin elan edilməsi, sertifikatlaşdırma
və mükafatlandırma məqsədləri üçün istifadə olunmasına razılıq verirəm.
10. Foto və
video razılığı
Olimpiada zamanı çəkilən foto və videoların tədbirin
işıqlandırılması, nəticələrin elan edilməsi, sertifikatlaşdırma və GOC-un rəsmi
media resurslarında istifadəsinə razılıq verirəm.
11. Məsuliyyət
və yekun təsdiq
Övladımın qaydalara əməl etməsinə nəzarət edəcəyimi qəbul edirəm.
“RAZIYAM” seçimini aktiv etməklə bütün şərtləri oxuduğumu, başa düşdüyümü və
tam şəkildə qəbul etdiyimi təsdiq edirəm.