Beynəlxalq Einstein Olympiad - Riyaziyyat fənni üzrə

Riyaziyyatı bilmək kifayət deyil — onu fərqli düşünmək lazımdır!

Einstein Olympiad — Mathematics şagirdlərin riyazi biliklərini, məntiqi təfəkkürünü, analitik yanaşmasını və qeyri-standart problem həll etmə bacarıqlarını qiymətləndirən beynəlxalq olimpiadadır.

Olimpiadada iştirak edən şagirdlər yalnız düsturları tətbiq etmir; onlar mürəkkəb məsələləri təhlil edir, fərqli həll yolları qurur və qərarlarını riyazi məntiqlə əsaslandırırlar.

Seçim turunda yüksək nəticə göstərən iştirakçılar 26–30 oktyabr 2027-ci il tarixlərində Almaniyada keçiriləcək Einstein Olympiad Beynəlxalq Finalında iştirak etmək hüququ qazanacaqlar.

Beynəlxalq final iştirakçılara:

  • müxtəlif ölkələrdən olan güclü şagirdlərlə yarışmaq;
  • riyazi potensialını beynəlxalq səviyyədə nümayiş etdirmək;
  • medal və beynəlxalq sertifikat əldə etmək;
  • akademik portfolionu gücləndirmək;
  • Almaniyanın elmi və mədəni mühiti ilə tanış olmaq imkanı təqdim edir.

Einstein Olympiad — düşünən, araşdıran və həll yolu yaradan şagirdlərin beynəlxalq görüş nöqtəsidir.

Qeydiyyatdan keç!