Global Olympiad Center tərəfindən aprel ayı ərzində müxtəlif layihə, olimpiada və tədbirlərdə iştirak edən könüllülərin fəaliyyəti üzrə növbəti aylıq qiymətləndirmə yekunlaşıb. Dəyərləndirmənin nəticələrinə əsasən ayın fərqlənən könüllüləri və team lideri elan edilib.
Nəticələrə görə, aprel ayının Team Lideri adına media komandasının rəhbəri Samir Cəbrayılov layiq görülüb. Onun ay ərzində komanda koordinasiyası, təşkilati proseslərin idarə olunması və operativ fəaliyyəti yüksək qiymətləndirilib.
Aprel ayının könüllüləri sırasında “Fatehlər” komandasından Yenigül Abbasova, “Aslanlar” komandasından Sənan Alıyev, “Xəzərlər” komandasından Aysu Gözəlova, “Alplar” komandasından Elvina Omarova, “Qartallar” komandasından Günay Mustafazadə və “Strateqlər” komandasından Əli Baxşıyev yer alıblar.
Bakı istiqaməti üzrə “İstiqamətləndirmə” komandasından Xədicə Şirxanlı, “Qarşılama” komandasından Camal Səfərov, “Məktəbli Səfirlər” komandasından Türkan Ələkbərli, “Media” komandasından Kənan Baxışov, “Layihə komandası”ndan isə Murad İslam fərqlənən könüllülər sırasında olub.
Sumqayıt Zal komandası üzrə Röya Feyzullayeva və Nərmin Abdullazadə, Sumqayıt İstiqamətləndirmə komandasından isə Fidan Ələsgərli seçilib.
Gəncə şəhəri üzrə isə Rüzgar Həsənli ayın ən fəal könüllüsü kimi müəyyənləşdirilib.
Global Olympiad Center tərəfindən bildirilib ki, könüllülərin aktiv fəaliyyəti keçirilən tədbirlərin uğurla təşkilində mühüm rol oynayır. Qurum bütün seçilən könüllüləri təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayır.