Mart ayı üzrə Ayın könüllüləri və Team Leaderinin adı müəyyənləşib
Global Olympiad Center tərəfindən mart ayı üzrə ən fəal könüllülərin və ayın team liderinin adı açıqlanıb. Qiymətləndirmə mart ayı ərzində keçirilən tədbirlərdə könüllülərin fəaliyyət göstəriciləri və komanda daxilindəki rolu əsasında aparılıb.
Mart ayında Spirit of Math Beynəlxalq Riyaziyyat Yarışması, Azərbaycan Milli İqtisadiyyat Olimpiadasının final mərhələsi, eləcə də Azərbaycan Süni İntellekt Olimpiadası təşkil olunub. Bu tədbirlərdə könüllülər müxtəlif istiqamətlər üzrə prosesin təşkili və idarə olunmasında iştirak ediblər.
Nəticələrə əsasən, mart ayının Team Lideri Qartallar Komandasının rəhbəri Afət Muradova seçilib.
Ayın könüllüləri isə aşağıdakılardır:
Aslanlar Komandası üzrə Fidan Əliyeva,
Alplar Komandası üzrə Aysel Şahbazova,
Strateqlər Komandası üzrə Gülər Abdullayeva,
Fatehlər Komandası üzrə Fatimə Hacızadə,
Xəzərlər Komandası üzrə Ləman Əbilqasımova,
Qartallar Komandası üzrə Nadir Nağıyev,
İstiqamətləndirmə Komandası üzrə Kənan Abdulov,
Qarşılama Komandası üzrə Fuad Abdullayev,
Media komandası üzrə Milana İsmayıllı,
Məktəbli səfirlər istiqaməti üzrə Sevinc Cavadzadə,
Sumqayıt zal üzrə Röya Feyzullayeva və Nərmin Dünyamalıyeva,
Sumqayıt istiqamətləndirmə üzrə Fatimə Nəzərova,
Gəncə komandası üzrə Burla Xatun Duqi.
Könüllülərin fəaliyyəti tədbirlərin koordinasiyalı şəkildə həyata keçirilməsində mühüm rol oynayıb. Qiymətləndirmə zamanı könüllülərin məsuliyyətli yanaşması, operativliyi və komanda işi üzrə göstəriciləri nəzərə alınıb.
Global Olympiad Center tərəfindən bildirilib ki, könüllülərin fəaliyyəti tədris ilinin son ayına qədər keçiriləcək tədbirlərdə də davam etdiriləcək və bu istiqamətdə iştirakçıların aktivliyi təşviq olunacaq.