GOC Könüllüləri Arasında Növbəti İntellektual Yarış keçirilib!
Global Olympiad Center tərəfindən GOC Könüllüləri üçün təşkil olunan növbəti intellektual yarışda ümumilikdə 12 komanda iştirak edib.
Tədbir Layihələr komandasının təşkilatçılığı ilə həyata keçirilib. Yarışın təşkilində Layihələr komandasının rəhbəri Elcan Əsədli, eləcə də komanda üzvləri Namiq Hətəmov, Leyla Ağayeva, Murad İslam, Çinarə İslamova, Tural Kərimov, Nəzrin Səfərli və Mədinə Məhərrəmli iştirak edərək yarışın şəffaf, eləcə də qaydalara uyğun olaraq keçməsinə nəzarət ediblər.
“Nə? Harada? Nə zaman?” formatında keçirilən yarış çərçivəsində könüllülər müxtəlif mövzular üzrə biliklərini sınayıb, analitik düşünmə və komanda işi bacarıqlarını nümayiş etdiriblər. İştirakçılar verilən suallara məhdud zaman ərzində cavab verərək həm fərdi, həm də kollektiv şəkildə nəticə əldə etməyə çalışıblar.
Yarışın nəticələrinə əsasən, “Strategiya ustaları” komandası birinci, “Şor Google” komandası ikinci, “Arcane” komandası isə üçüncü yerə layiq görülüb.
Global Olympiad Center tərəfindən keçirilən bu tip təşəbbüslər könüllülərin intellektual inkişafının dəstəklənməsi, komanda ruhunun gücləndirilməsi və onların fəaliyyətə daha aktiv şəkildə cəlb olunmasına xidmət edir.