Noyabr–Dekabr ayları üzrə “Ayın Team Lideri” və “Ayın Könüllü”ləri müəyyənləşdi
Global Olympiad Center tərəfindən 2025-ci ilin noyabr və dekabr aylarında keçirilən beynəlxalq tədbirlərdə fəal iştirak etmiş könüllülər və Team Leaderlər arasında qiymətləndirmə aparılıb. Dəyərləndirmə nəticəsində “Ayın Team Lideri” və “Ayın Könüllüsü” adına layiq görülən şəxslərin adları açıqlanıb.
International Math Challenge (IMC), Mükafatlandırma mərasimi, NextGen English Competition və TIMO – Turkic International Mathematical Olympiad kimi nüfuzlu tədbirlərin təşkilində göstərdiyi yüksək aktivliyə görə “Ayın Team Lideri” adına “Sumqayıt Zal” komandasının rəhbəri Səma Mənsimzadə layiq görülüb. O, komanda idarəçiliyi və koordinasiya prosesində nümayiş etdirdiyi peşəkar yanaşma ilə xüsusi fərqlənib.
Qiymətləndirmə meyarlarına əsasən aparılan dəyərləndirmə nəticəsində “Ayın Könüllüsü” adını qazanmış şəxslər də bəlli olub. Bu ada “Strateqlər” komandasından Aysel Məmmədova, “Fatehlər”dən Xoşqədəm Məmmədova, “Xəzərlər”dən Səkinə Rauf, “Qartallar”dan Mənsurə Nuriyeva, “Aslanlar”dan Nuray Əlizadə, “Bakı İstiqamətləndirmə” komandasından Sevil Tağıyeva, “Media” komandasından Nigar Ağazadə, “Sumqayıt Zal” komandasından Fatimə Nəcəfzadə və Aysel Hüseynli, “Gəncə” komandasından Gülyetər Fərzəliyeva, “Sumqayıt İstiqamətləndirmə” komandasından Yeganə İsmayılova, "Bakı Qarşılama" komandasından Firudin Məmmədov, "Məktəbli Səfirlər" komandasından Ətirə Əliyeva və “Alplar” komandasından Lətafət Əhmədzadə layiq görülüblər.
Qeyd edək ki, Team Leaderlərin fəaliyyəti iki mərhələli: qiymətləndirmə və seçim mexanizmləri əsasında dəyərləndirilib. Yekun nəticələrə əsasən, Gəncə üzrə Fidan İsmixanova, Sumqayıt üzrə Səma Mənsimzadə, Bakı üzrə isə Fəridə Rəhimli namizəd kimi müəyyənləşdirilib. Bundan əlavə, ay ərzində ən yüksək bal toplamış könüllülər birbaşa “Ayın Könüllüsü” adına layiq görülüblər.
Könüllülər və Team Leaderlərin təltifləndirilməsi 22 fevral tarixində keçiriləcək Mükafatlandırma mərasimində təqdim olunacaq.
Global Olympiad Center bütün könüllülərə və Team Leaderlərə göstərdikləri fədakar fəaliyyətə görə təşəkkür edir və gələcək fəaliyyətlərində uğurlar arzulayır!