Oktyabr ayı üzrə “Ayın Team Lideri” və “Ayın Könüllüsü” adına aydınlıq gəlib!
Oktyabr ayında keçirilən beynəlxalq tədbirlərin – Copernicus Science Olympiad, Copernicus Physics & Astronomy Olympiad, Brainiacs Math Olympiad və USA English Olympiad yarışlarının təşkilində fərqlənən ən fəal könüllülərin və Team Leaderlərin adları müəyyənləşib.
Ayın Team Lideri adına “Sumqayıt İstiqamətləndirmə” komandasının rəhbəri Aynur Kərimli layiq görülüb. O, həm komanda idarəçiliyi, həm də koordinasiya prosesində nümayiş etdirdiyi peşəkarlığı ilə seçilib.
Qiymətləndirmə meyarlarına əsasən aparılan dəyərləndirmə nəticəsində “Ayın Könüllüsü” adını qazanmış şəxslər də bəlli olub. Bu ada “Strateqlər” komandasından Dərya Cəvadiəsl, *“Fatehlər”dən Aişə Şirinova, “Xəzərlər”dən Fatimə Kərimli, “Qartallar”dan Aygül Qasımova, “Aslanlar”*dan Aysel Hüseynova, “Bakı İstiqamətləndirmə” komandasından Yavuz İsmayıllı, “Media” komandasından Şərqiyyə Şahbazova, “Sumqayıt Zal” komandasından Könül Qasımlı və Aişə Əliyeva, “Gəncə” komandasından Nuray Rəhimli, “Sumqayıt İstiqamətləndirmə” komandasından Samirə Əliyeva, "Bakı Qarşılama" komandasından Elnur Nurəhmədov, "Məktəbli Səfirlər" komandasından Nazlı Səmədzadə və “Alplar” komandasından Aytən Həziyeva layiq görülüblər.
Team Leaderlərin fəaliyyəti iki üsulla – qiymətləndirmə və seçim mexanizmləri əsasında dəyərləndirilib. Yekun nəticələrə əsasən, Gəncə üzrə Fidan İsmixanova, Sumqayıt üzrə Aynur Kərimli, Bakı üzrə isə Afət Muradova namizəd olaraq müəyyənləşib.
Bununla yanaşı, ay ərzində ən yüksək bal toplamış könüllülər birbaşa “Ayın Könüllüsü” adına layiq görülüblər.
Global Olympiad Center olaraq, bütün könüllülərə və Team Leaderlərə göstərdikləri dəstəyə görə təşəkkür edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.