Riyaziyyatçılarımız Vyetnamda ölkəmizi layiqincə təmsil etdilər.
22–26 yanvar tarixlərində Vyetnamın Na Tranq şəhərində keçirilən Fermat Riyaziyyat Yarışmasının (FMO) final mərhələsində Global Olympiad Center təşkilatçılığı Azərbaycan komandası növbəti beynəlxalq uğura imza atıb. Beynəlxalq səviyyəli yarışmada Türkiyə, Tayvan, Banqladeş, Qazaxıstan, Böyük Britaniya, İndoneziya, Bolqarıstan, Özbəkistan, Malayziya, Çexiya, Azərbaycan, Honq Konq, Makao, Kamboca, Tailand, Qırğızıstan, Vyetnam daxil 400 qədər şagird bilik və bacarıqlarını analitik düşüncələrini nümayiş etdiriblər.
Yarışmanın yekun nəticələrinə əsasən, Rafael Mahmudov öz sinifi üzrə dünya biricisi, Səid İbrahimov dünya ikincisi, Elvin İsazadə dünya üçüncüsü olub, Onur Kərimli isə fəxri fərman sertifikatı ilə təltif edilib.
Uğur qazanan şagirdlərdən Rafael Mahmudov Atatürk Liseyinin 10-cu sinif şagirdi, Səid İbrahimov 160 nömrəli Klassik Gimnaziyanın 9-cu sinif şagirdi, Elvin İsazadə Gəncə şəhər Fizika, Riyaziyyat və İnformatika təmayüllü Respublika Liseyinin 9-cu sinif şagirdi, Onur Kərimli isə Dünya Məktəbinin 5-ci sinif şagirdidir.
Final proqramı çərçivəsində iştirakçılar
Vyetnamda yalnız imtahan prosesində iştirak etməklə kifayətlənməyib, eyni
zamanda ölkənin zəngin tarixi, mədəniyyəti və milli irsi ilə yaxından tanış
olublar. Şagirdlər Na Tranq şəhərinin əsas tarixi və turistik məkanlarını ziyarət
edərək mədəni mübadilə və tanıtım proqramlarında iştirak ediblər. Bu çərçivədə
Okeanoqrafiya İnstitutu, Bao Dai Sarayı, “2–4” Meydanı, Long Son Pagodası, Trai
Thuy təpəsi, Cham Ponagar Qülləsi, Yersin Qalereyası və I-Resort Mineral Termal
Mərkəzi ziyarət olunub.
Global Olympiad Center (GOC) olaraq əldə
olunan bu nəticələr, Azərbaycanlı gənclərin istedad və potensialının üzə
çıxarılması istiqamətində apardığımız sistemli və davamlı fəaliyyətin real göstəricisidir.
Biz riyaziyyat elminə marağın artırılması, analitik düşüncənin inkişaf etdirilməsi
və şagirdlərimizin beynəlxalq səviyyədə rəqabətə hazır yetişdirilməsi üçün
fasiləsiz şəkildə çalışırıq. Azərbaycan komandasının bu uğurları ölkəmizin gənc
istedadlarının qlobal arenada layiqincə təmsil oluna biləcəyini bir daha sübut
edir. Şagirdlərimizi qazandıqları nailiyyətlər münasibətilə təbrik edir, onları
gələcək yarışlarda daha böyük uğurların gözlədiyinə inanırıq.