TIMO Turkic International Mathematical Olympiad–ın İlkin Nəticələri Açıqlanıb
21 dekabr 2025-ci il tarixində Bakı, Gəncə, Sumqayıt, Naxçıvan və Lənkəranda keçirilmiş TIMO - Turkic International Mathematical Olympiad-ın seçim mərhələsinin ilkin nəticələri artıq açıqlanıb. Olimpiadada şagirdlər riyaziyyay biliklərini nümayiş etdiriblər. İştirakçılar hazırda şəxsi kabinetlərində nəticələri ilə tanış ola bilərlər.
Medal bölgüsü beynəlxalq standartlara uyğun olaraq aşağıdakı kimi hesablanır:
- Qızıl medal: Bütün kateqoriyalarda 90-100 bal
- Gümüş medal: bütün səviyyələrdə 74-89 bal
- Bürünc medal: bütün səviyyələrdə 50-73 bal
- Geriyə qalan şagirdlərin 40-49 bal alanlar isə Fəxri Fərman alır
- Bütün iştirakçılar sertifikat əldə edirlər.
Apellyasiya müraciətləri 23 dekabr 2025-ci il saat 20:00-dan başlayaraq 24 dekabr 2025-ci il saat 20:00-dək qəbul ediləcəkdir.
Qeyd edək ki, seçim turunda medal qazanan iştirakçılar paytaxtımız Bakı şəhərində də 25–29 may tarixində 50-dən çox ölkənin iştirakı ilə keçiriləcək final turunda Azərbaycanı təmsil edəcəklər.
İlkin nəticələrlə tanış olmaq üçün şəxsi kabinet aktivdir. Bütün iştirakçıları təbrik edir və qarşıdakı mərhələlərdə uğurlar arzulayırıq.