WMTC Çempionları "CBC Radio" verilişində!

Global Olympiad Center-in qalib olimpiadaçıları CBC Radio-nun “Səhər Saatı” verilişinin qonağı olublar.

Xanlar Mehdiyevin təqdimatında yayımlanan proqramda olimpiadaçılarımızın beynəlxalq arenada əldə etdiyi uğurlar, beynəlxalq olimpiadaların ali məktəblərə qəbul prosesində rolu və ölkəmizdə STEM istiqamətində formalaşan yeni təhsil mühiti haqqında ümumi məlumat verilib. Verilişdə GOC-un direktoru Xəyal İbrahimzadə beynəlxalq yarışların şagirdlərin analitik düşüncə, akademik inkişaf və qlobal təhsil inteqrasiyasına təsirini vurğulayıb.

Verilişdə iştirak edən olimpiadaçı şagirdlər arasında 72 nömrəli tam orta məktəbin şagirdi Raul Quvalov, Landau School-un şagirdi Ziya İsmayılov, 23 saylı tam orta məktəbin şagirdi Zəhra Abdullazadə yer alıblar.

Verilişdə olimpiadaçılarımız həm şəxsi maraqları, həm də gələcək təhsil planları barədə məlumat veriblər. Onların çıxışlarında olimpiada təcrübəsinin bilik, motivasiya və gələcək hədəflərinin formalaşmasında mühüm rol oynadığı qeyd olunub. Proqram geniş ictimai maraq doğuraraq ölkəmizin beynəlxalq təhsil arenasında artan mövqeyini bir daha nümayiş etdirib.