TIMO – Türk Dünyasının İlk Riyaziyyat Olimpiadasının Azərbaycan üzrə Seçim Turu Uğurla Keçirilib!
21 dekabr 2025-ci il tarixində Azərbaycanda TIMO – Turkic International Mathematical Olympiad-ın Azərbaycan üzrə seçim turu Global Olympiad Center təşkilatçılığı ilə uğurla keçirilib.
Seçim turu ölkə üzrə 6 imtahan mərkəzində təşkil olunmuşdur:
Bakı şəhəri: Bakı Biznes Universiteti, Azərbaycan Texniki Universiteti
Sumqayıt şəhəri: Sumqayıt Dövlət Universiteti
Gəncə şəhəri: Gəncə Dünya Məktəbi
Naxçıvan şəhəri: Fəza Təhsil Mərkəzi
Lənkəran şəhəri: Elm Tədris Akademiyası
Qeyd edək ki, Global Olympiad Center, TIMO 2026-nın Azərbaycan üzrə final turunun rəsmi təşkilatçısıdır. Final mərhələsi 2026-cı il 25–29 may tarixlərində keçiriləcəkdir. Bu mərhələdə iştirakçılar Çin, Türkiyə, Rusiya və digər ölkələr daxil olmaqla 50-dən çox ölkənin ən istedadlı şagirdləri ilə birlikdə yarışaraq öz riyazi bilik və bacarıqlarını nümayiş etdirəcəklər.
TIMO olimpiadası iştirakçı şagirdlər üçün yalnız riyazi bacarıqların inkişafı ilə məhdudlaşmır; eyni zamanda beynəlxalq akademik mühitdə özlərini sınamaq, mədəni mübadilə aparmaq və gələcək akademik karyeraları üçün mühüm təcrübə qazanmaq imkanı yaradır.
TIMO-nun nəticələrinin cari həftə ərzində elan olunacaqdır.Bütün iştirakçılara uğurlar arzu edirik.