Beynəlxalq USA İngilis dili olimpiadası üzrə seçim mərhələsinin medalçı nəticələri rəsmi olaraq açıqlanıb.
Seçim mərhələsi Azərbaycanın 4 regionunda; Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərində Global Olympiad Center təşkilatçılığı ilə keçirilib. Yüzlərlə şagird final mərhələsinə vəsiqə qazanmaq uğrunda yarışıblar. Final turu 2026-ci il 5-8 fevral tarixində Amerika, Miamidə Miami Universitetində keçiriləcəkdir.
Seçim mərhələsinin nəticələri fərdi göstəricilərinə əsasən aşağıdakı qaydada müəyyən edilmişdir:
- Qızıl medal: 136–150 bal → 91–100%
- Gümüş medal: 112–135 bal → 75–90%
- Bürünc medal:* 75–111 bal → 50–74%
- Fəxri Fərman (Honorable Mention): 63–74 bal → 40–49%
Uğurlu nəticə əldə etməyən iştirakçılar beynəlxalq iştirakçı sertifikatlarını şəxsi kabinetdən əldə edə bilərlər. Qeyd edək ki, mükafatlandırma mərasimi 30 noyabr tarixində keçiriləcəkdir.
Bütün iştirakçılara uğurlar arzu edirik!