Beynəlxalq USA Eng Olimpiadasının İlkin Nəticələri Açıqlanıb
Global Olympiad Center-ın təşkilatçılığı ilə 26 oktyabr 2025-ci il tarixində Beynəlxalq USA Olimpiadasının İngilis dili fənni üzər ölkə mərhələsi 4 regionda: Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində keçirilib.
Şagirdlər seçim turunda 5 kateqoriyada 35 suala 90 dəqiqə ərzində cavab axtarıblar.
28 oktyabr tarixində ilkin nəticələr 14:00-da ilkin nəticələr elan olunmuşdur. Apellyasiya müraciətləri 29 oktyabr 14:00-a qədər qəbul ediləcəkdir.
Seçim turunda medal qazanan iştirakçılar bu il Amerika Birləşmiş Ştatlarının Hyuston şəhərində yerləşən Rice Universitetində keçiriləcək USA Olympiad yarışmasının final mərhələsində Azərbaycanı təmsil edəcəklər.
Qeyd edək ki, USA Olympiad aşağıdakı nüfuzlu təhsil və idman müəssisələri ilə əməkdaşlıq edir:
Sugarland Sport Center, Houston TX
Rice University, Houston TX
University of Houston, Houston TX
Houston Community College
Bu əməkdaşlıqlar çərçivəsində iştirakçı şagirdlər kolleclərə qəbul zamanı dəstək və 5–10% endirim imkanı əldə edirlər.
İlkin nəticələrlə tanış olmaq üçün Şəxsi Kabinetə keçiddən istifadə edə bilərsiniz:
- Nəticə linki: https://goc.edu.az/PersonalCabinet
Əlavə suallarınız olduğu halda aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
Əlaqə nömrəsi: +994 50 224 51 40
Bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!