GOC 2025–2026 mövsümü üçün könüllü qeydiyyatı başladı!

Global Olympiad Center (GOC) 2025–2026 mövsümü üzrə könüllü proqramının qeydiyyatına rəsmi olaraq start verib. Proses 18 iyul tarixində başlayaraq 8 avqust tarixinədək davam etmişdir. Bu müddət ərzində Azərbaycanın müxtəlif bölgələrindən və xaricdə təhsil alan gənclərdən ümumilikdə 1375 müraciət daxil olmuşdur.

Müraciətçilərin 226 nəfəri kişi (16%), 1149 nəfəri isə qadın (84%) təşkil etmişdir. Qeydiyyata əsasən, 151 nəfər “Team Lider”, 1224 nəfər isə könüllü vəzifəsi üçün namizəd olmuşdur. Təhsil pilləsinə görə müraciətlərin bölgüsü belədir: 1016 nəfər bakalavr, 71 nəfər məktəbli şagird, 20 nəfər magistr, 18 nəfər subbakalavr və 11 nəfər məzun.

GOC könüllü proqramı Azərbaycanda könüllülük hərəkatının inkişafına böyük töhfə verən layihələrdən biridir. Proqram gənclərə liderlik bacarıqları, komanda ilə işləmək təcrübəsi, təşkilatçılıq qabiliyyətləri və ünsiyyət bacarıqları qazanmaq imkanı yaradır. Bu təşəbbüs ölkənin gənclər siyasətinə uyğun olaraq gənclərin inkişafına dəstək verir və onların gələcək karyera imkanlarını genişləndirir.