Seçim prosesinin yekun nəticələrinə əsasən, 395 nəfər könüllü proqramına qəbul olunmuşdur. Onlardan 17 nəfəri Team Lider, 4 nəfəri bina rəhbəri, 374 nəfəri isə könüllü olaraq fəaliyyət göstərəcəkdir. Qəbul olunanların 75 nəfəri kişi, 299 nəfəri isə qadındır.
Seçilmiş könüllülər GOC tərəfindən təşkil ediləcək beynəlxalq olimpiadalar, elmi müsabiqələr, seminarlar, forumlar və digər tədbirlərdə aktiv iştirak edəcəklər. Onların qarşısında yalnız təşkilati dəstək vəzifəsi dayanmayacaq, həm də liderlik, peşəkar idarəetmə, problem həll etmə və komanda işi bacarıqlarını inkişaf etdirmək fürsəti olacaqdır.
GOC-un könüllü proqramı Azərbaycanın gənclər siyasətinin dəstəklənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Proqram iştirakçıları il ərzində həm xüsusi təlimlərdə iştirak edəcək, həm endirim imkanlarından faydalanacaq, həm də rəsmi sertifikatlar əldə edəcəklər. Bütün bunlar gənclərin gələcək karyera imkanlarının güclənməsinə, beynəlxalq əlaqələrinin artmasına və Azərbaycanı dünya miqyasında uğurla təmsil etməsinə xidmət edir.
GOC-un məqsədi yalnız tədbirlərdə təşkilati dəstək göstərmək deyil, həm də Azərbaycan gənclərinin inkişafı, liderlik keyfiyyətlərinin formalaşdırılması və onların qlobal səhnədə rəqabətədavamlı kadrlar kimi yetişməsi üçün dayanıqlı platforma yaratmaqdır.