FMO-nun Azərbaycan üzrə seçimlərinə start verildi!

FMO-nun Azərbaycan üzrə seçimlərinə start verildi!


Fermat Riyaziyyat Yarışması (FMO) – hər il Vyetnamın Fermat Təhsil Təşkilatı tərəfindən təşkil edilən beynəlxalq riyaziyyat müsabiqəsidir. 1-ci sinifdən 11-ci sinfə qədər olan şagirdlər üçün nəzərdə tutulan bu yarışma, riyaziyyata marağı olan şagirdlər üçün öz bilik və bacarıqlarını beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı yaradır.


Azərbaycan üzrə seçim turu 28 sentyabr 2025-ci il tarixində keçiriləcək. Nəticələrə əsasən, ölkəmizi Vyetnamda baş tutacaq final mərhələsində təmsil edəcək iştirakçılar müəyyən olunacaq.


FMO-nun məqsədi şagirdlərin riyazi bacarıqlarını inkişaf etdirmək, onlara gündəlik həyatda riyaziyyatı tətbiq etmə bacarığı qazandırmaq və riyazi təfəkkürü praktik problemlər üzərində möhkəmləndirməkdir. Yarışmada Vyetnamla yanaşı Azərbaycan, Hindistan, Kamboca, Honq Konq, İndoneziya, Makao, Filippin, Tayland, Özbəkistan və digər ölkələrdən iştirakçılar mübarizə aparırlar.


Seçim turunun imtahan strukturu:


İsinmə mərhələsi – 10 çoxseçimli sual × 3 bal = 30 bal


Sürət mərhələsi – 5 çoxseçimli sual × 5 bal = 25 bal


Çağırış mərhələsi – 5 çoxseçimli sual × 7 bal = 35 bal


Ümid Ulduzu – 1 açıq tipli sual (+10 bal düzgün cavab üçün, -10 bal səhv cavab üçün, cavabsız = 0 bal)


İmtahan müddəti:


1–5-ci siniflər: 60 dəqiqə


6–11-ci siniflər: 90 dəqiqə


Yaş kateqoriyaları:


1-ci sinifdən 11-ci sinifə qədər bütün şagirdlər (sinif kateqoriyası 2025–2026 tədris ilinə əsasən müəyyən edilir)


Mükafatlandırma:


 Qızıl – hər sinif üzrə ilk 10%


 Gümüş – hər sinif üzrə növbəti 20%


Bürünc – hər sinif üzrə növbəti 30%


 Həvəsləndirici – hər sinif üzrə növbəti 20%


Qızıl, gümüş və bürünc medal qazanan iştirakçılar final mərhələsinə vəsiqə qazanacaqlar.


Ötən illərdə FMO iştirakçıları beynəlxalq səviyyədə yüksək nəticələr göstərərək riyazi bacarıqlarını sübut ediblər. Bu il isə Global Olympiad Center təşkilatçılığı ilə məqsədimiz final mərhələsində daha böyük nailiyyətlər əldə etməkdir.