2025-ci il 26 aprel tarixində Bakı və Gəncə şəhərlərində keçirilmiş seçim turunda 1–11-ci sinif şagirdləri ingilis dili üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər. Seçim turunun nəticələrinə əsasən, hər kateqoriya üzrə ümumilikdə 104 nəfər şagird HIPPO Beynəlxalq İngilis Dili Olimpiadasının Milli Final mərhələsinə vəsiqə qazanıb.
Bu mərhələ May ayının 10-da Bakı Biznes Universitetində təşkil olunacaq. Milli Finalda ən yüksək nəticə göstərən ilk 10% şagird Dünya Finalına və ya Regional Yarımfinalda iştirak etmək haqqı əldə edəcək.
Növbəti mərhələdə şagirdlərə uğurlar arzulayırıq!
Nəticələrə keçid etmək üçün goc.edu.az-ın HIPPO Olimpiadası bölməsinə daxil olub, nəticələrlərlə tanış ola bilərsiniz.