HIPPO Olimpiadasının Milli Final Mərhələsinin Nəticələri Açıqlandı

Global Olympiad Center tərəfindən təşkil olunan HIPPO Beynəlxalq İngilis Dili Olimpiadasının Milli Final mərhələsinin nəticələri elan olunub. 3 may tarixində Azərbaycan Texniki Universitetində keçirilən final mərhələsinin yekun nəticələrinə əsasən, adi və xüsusi kateqoriyalar üzrə ümumilikdə 84 şagird Bakıda keçiriləcək Regional Final mərhələsində iştirak hüququ qazanıb.

Nəticələrə əsasən, Milli Final mərhələsində iştirak edən 4 şagird HIPPO 2026-nın "Grand Final" mərhələsinə birbaşa vəsiqə əldə edib. Həmin şagirdlər aşağıdakılardır:

159 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Ayan Quliyeva - Hippo 1 kateqoriyası üzrə,

Elitar Gimnaziyanın 7-ci sinif şagirdi Murad Hüseyn - Hippo 2 kateqoriyası üzrə,

276 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Ulduz İsmayılova - Hippo 2 kateqoriyası üzrə,

Türk Dünyası Bakı Atatürk Liseyinin 7-ci sinif şagirdi Leyli Hacızadə - Hippo 2 kateqoriyası üzrə birbaşa final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, Milli Final mərhələsində iştirak edən 330 şagird isə Böyük Britaniyanın Brayton şəhərində keçiriləcək Family Summer Camp proqramında iştirak edərək final mərhələsinə vəsiqə qazanmaq imkanı əldə edə biləcək.

HIPPO Olimpiadasının Regional Final mərhələsi bu il Bakı şəhərində keçiriləcək. Bu mərhələdə Azərbaycanla yanaşı Əfqanıstan, Belarus, Kamboca, Misir, İran, İraq, İordaniya, Qazaxıstan, Qırğızıstan, Küveyt, Oman, Pakistan, Qətər, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkmənistan və Özbəkistandan olan iştirakçıların yer alması nəzərdə tutulur.

Olimpiadanın ən yüksək mərhələsi olan Grand Final isə 80-dən çox ölkənin iştirakılə İtaliyanın tarixi şəhərlərindən biri olan Spoleto şəhərində təşkil olunacaq.

Global Olympiad Center Milli Final mərhələsində uğur qazanan bütün iştirakçıları təbrik edir və növbəti mərhələlərdə onlara uğurlar arzulayır.