AIMO Olimpiadasının Ölkə Mərhələsi Keçiriləcək

Global Olympiad Center tərəfindən AIMO - Asiya Beynəlxalq Riyaziyyat Olimpiadasının Azərbaycan üzrə ölkə mərhələsinə qeydiyyat elan olunub. Asiyanın ən böyük riyaziyyat olimpiadalarından biri hesab edilən AIMO I-XI sinif şagirdləri üçün nəzərdə tutulub.

AIMO şagirdlərə riyazi biliklərini beynəlxalq səviyyədə sınamaq, analitik düşünmə və problem həll etmə bacarıqlarını inkişaf etdirmək imkanı yaradan akademik platformadır. 100-dən çox ölkədən şagirdin iştirak etdiyi olimpiada riyaziyyata marağı olan məktəbliləri beynəlxalq mühitdə bir araya gətirir.

Qeyd edək ki, AIMO-nun final mərhələsi bu il Vyetnamın paytaxtı Hanoy şəhərində keçiriləcək. Ölkə mərhələsində yüksək nəticə göstərən iştirakçılar final mərhələsində iştirak etmək imkanı qazanacaqlar.

Azərbaycan üzrə ölkə mərhələsi 7 iyun tarixində keçiriləcək. Qeydiyyat üçün son tarix 5 iyun müəyyən edilib.