Olympiad USA Beynəlxalq Riyaziyyat Olimpiadasının medalçıları elan olunub

Global Olympiad Center tərəfindən təşkil olunan Olympiad USA Beynəlxalq Riyaziyyat Olimpiadasının seçim mərhələsi üzrə medalçılar rəsmi olaraq açıqlanıb. İştirakçılar nəticələri və sertifikatları ilə şəxsi kabinetləri vasitəsilə tanış ola bilərlər.

Nəticələrə əsasən, medal qazanan hər bir iştirakçı Olympiad USA Riyaziyyat Olimpiadasının final mərhələsinə vəsiqə qazanıb. Final mərhələsi ABŞ-ın Hyuston şəhərində keçiriləcək və iştirakçılar bu mərhələdə beynəlxalq səviyyədə riyazi bilik və bacarıqlarını nümayiş etdirmək imkanı əldə edəcəklər.

Qiymətləndirmə meyarlarına əsasən, 91-100 faiz nəticə göstərən, yəni 136.5 bal və daha yüksək nəticə toplayan iştirakçılar qızıl medal qazanıblar. 75-90 faiz nəticə göstərən, yəni 112 bal və daha yüksək nəticə əldə edən iştirakçılar gümüş medal, 50-74 faiz nəticə göstərən, yəni 75 bal və daha yüksək nəticə toplayan iştirakçılar isə bürünc medal ilə təltif olunublar. 40-49 faiz aralığında, yəni 60 bal və daha yüksək nəticə göstərən iştirakçılar fəxri fərman sertifikatı əldə ediblər.

Bildiririk ki, bütün sertifikatlar iştirakçıların şəxsi kabinetlərinə yüklənib. İştirakçılar şəxsi kabinetdə “Medal statistika” bölməsinə daxil olaraq öz kateqoriyaları üzrə medal bölgüsü ilə bağlı məlumatları nəzərdən keçirə bilərlər.

Nəticələrlə tanış olmaq və sertifikatları yükləmək üçün şəxsi kabinetə daxil olmaq mümkündür:

https://goc.edu.az/personalcabinet

Global Olympiad Center olaraq Olympiad USA Riyaziyyat Olimpiadasında iştirak edən bütün şagirdləri təbrik edir, final mərhələsinə vəsiqə qazanan iştirakçılara uğurlar arzulayırıq.