HIPPO Olimpiadasının Milli Final Mərhələsi Keçirildi

Global Olympiad Center tərəfindən təşkil olunan HIPPO Beynəlxalq İngilis Dili Olimpiadasının Azərbaycan üzrə Milli Final mərhələsi 3 may 2026-cı il tarixində Azərbaycan Texniki Universitetində keçirilib. Seçim mərhələsinin nəticələrinə əsasən finala vəsiqə qazanan 428 şagird bu mərhələdə iştirak edib.

Milli Final mərhələsi çərçivəsində iştirakçılar yaş və təhsil mühitinə uyğun kateqoriyalar üzrə qiymətləndirilib. Yarışda dövlət və özəl məktəblərdə təhsil alan şagirdlər üçün nəzərdə tutulmuş adi kateqoriyalarla yanaşı, tədrisi ingilis dilində aparılan və beynəlxalq proqramlar üzrə təhsil alan şagirdlər üçün xüsusi kateqoriyalar da tətbiq olunub.

İmtahan iki əsas hissədən ibarət olub: Reading və Writing. Bu mərhələdə iştirakçıların həm oxuyub anlama, həm də yazılı ifadə bacarıqları yoxlanılıb. Yekun nəticələrin hər iki hissə üzrə toplanan balların orta göstəricisinə əsasən müəyyən ediləcəyi bildirilib.

İmtahan iki əsas hissədən ibarət olub: Reading və Writing. Bu mərhələdə iştirakçıların həm oxuyub anlama, həm də yazılı ifadə bacarıqları yoxlanılıb. Writing hissəsində şagirdlərdən verilmiş mövzu əsasında esse yazmaq tələb olunub. Yekun nəticələrin hər iki hissə üzrə toplanan balların orta göstəricisinə əsasən müəyyən ediləcəyi bildirilib.

HIPPO Olimpiadasının ən yüksək mərhələsi olan Böyük Final isə İtaliyanın Spoleto şəhərində təşkil olunacaq. Regional mərhələdə uğur qazanan iştirakçılar bu beynəlxalq finalda iştirak etmək imkanı əldə edəcəklər.

HIPPO Olimpiadasının ən yüksək mərhələsi olan Böyük Final isə İtaliyanın Spoleto şəhərində təşkil olunacaq. Regional mərhələdə uğur qazanan iştirakçılar bu beynəlxalq finalda iştirak etmək imkanı əldə edəcəklər.

Milli Final mərhələsinin nəticələrinin imtahandan 2-3 həftə sonra HIPPO Olimpiadasının rəsmi platformalarında elan olunacağı bildiririk.