Azərbaycanlı Şagirdlər İlk Dəfə Berklidə Keçiriləcək Beynəlxalq Yay Kampında İştirak Edəcək!

Global Olympiad Center tərəfindən təşkil olunan beynəlxalq yay proqramı çərçivəsində Azərbaycanlı şagirdlər ABŞ-da yerləşən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Berkli Universitetində keçiriləcək Beynəlxalq Riyaziyyat Yay Kampında iştirak etmək imkanı əldə edəcəklər.

16-27 iyul tarixlərini əhatə edən proqram 5-11-ci sinif şagirdləri üçün nəzərdə tutulub və iştirakçılara həm akademik inkişaf, həm də beynəlxalq mühitdə təcrübə qazanmaq imkanı yaradır. Kamp çərçivəsində dərslər birbaşa Berkeley Universitetinin professorları tərəfindən keçiriləcək, şagirdlər üçün olimpiada səviyyəsində hazırlıq proqramı təşkil olunacaq və sınaq imtahanı keçiriləcək. Proqramın sonunda iştirakçılara beynəlxalq sertifikat təqdim ediləcək.

Bununla yanaşı, iştirakçılar ABŞ-ın aparıcı ali təhsil müəssisələri və elmi mərkəzləri ilə tanış olmaq imkanı əldə edəcəklər. Proqram çərçivəsində Berkli Universiteti ilə yanaşı Stenford Universiteti, Diablo Valley College, Apple Park və Lick Rəsədxanası kimi məkanlara ziyarətlər planlaşdırılır.

Qeyd edək ki, bu tip beynəlxalq proqramlar şagirdlərin riyazi və analitik bacarıqlarının inkişaf etdirilməsi, eləcə də onların qlobal akademik mühitə inteqrasiyasına dəstək məqsədi daşıyır.

Proqramda iştirak etmək istəyənlər üçün son qeydiyyat tarixi 25 may müəyyən edilib.

Ətraflı məlumat: https://shorturl.at/OkFrd

Qeydiyyat: https://shorturl.at/9qfeH