Aylin Cəfərsoy ölkəmizi Avstraliyada təmsil edəcək!

Aylin Cəfərsoy ölkəmizi Avstraliyada təmsil edəcək!

Müasir İnnovasiyalar Liseyinin 8-ci sinif şagirdi Aylin Cəfərsoy 13-16 aprel tarixlərində Avstraliyanın Sidney şəhərində keçiriləcək NextGen Beynəlxalq İngilis Dili Yarışmasının final mərhələsində Azərbaycanı təmsil edəcək.

NextGen Beynəlxalq İngilis Dili Yarışmasını şagirdlərin dil bilikləri ilə yanaşı, ünsiyyət, təqdimat və tənqidi düşünmə bacarıqlarını qiymətləndirən beynəlxalq platforma kimi tanınır. Bu yarış iştirakçılara beynəlxalq akademik mühitdə öz biliklərini nümayiş etdirmək və müxtəlif ölkələrdən olan həmyaşıdları ilə təcrübə mübadiləsi aparmaq imkanı yaradır.

Qeyd edək ki, əvvəlki illərdə də Azərbaycanı təmsil edən iştirakçılar bu platformada uğurlu nəticələr əldə edərək ölkəmizin beynəlxalq səviyyədə təmsilçiliyinə töhfə veriblər.

Məlumata görə, final mərhələsində 18 ölkədən şagirdlər iştirak edəcək. Azərbaycanla yanaşı Pakistan, Türkiyə, Monqolustan, Honq Konq, İndoneziya, Çin, Qazaxıstan və digər ölkələrin təmsilçiləri də bu mərhələdə yarışacaqlar.

Final proqramı çərçivəsində iştirakçılar imtahanla yanaşı bir sıra akademik və sosial fəaliyyətlərdə də iştirak edəcəklər. Yarışmanın proqramı çərçivəsində Amity kollecə kampus turu keçiriləcək və iştirakçılar arasında ünsiyyəti gücləndirən tədbirlər təşkil olunacaq. İmtahan günündən əlavə, iştirakçılar üçün Sidney şəhərinin əsas məkanlarını əhatə edən tanıtım və ekskursiya proqramı nəzərdə tutulub. Final mərhələsi mükafatlandırma mərasimi ilə yekunlaşacaq.

Global Olympiad Center olaraq Aylinə final mərhələsində uğurlar arzulayırıq.