Global Olympiad Center-in Şəxsi Kabinetində “Medal Statistikası” Bölməsi Əlavə Olunub.
Global Olympiad Center iştirakçı və valideynlər üçün nəzərdə tutulan şəxsi kabinet platformasında yeni funksionallıq tətbiq edib.
Bildirilib ki, yenilik nəticələrin daha aydın və şəffaf şəkildə izlənilməsinə xidmət edir. Yeni həmin bölmə vasitəsilə iştirakçılar yalnız topladıqları ümumi balı deyil, eyni kateqoriya və ya sinif üzrə formalaşan ümumi nəticə aralığını da görə bilirlər.
Platformada, həmçinin qızıl, gümüş və bürünc medalların hansı bal intervalına uyğun gəldiyi, eləcə də digər nailiyyətlərin hansı göstəricilər əsasında müəyyənləşdirildiyi rəsmi statistik məlumatlar çərçivəsində təqdim olunur. Bu yanaşma beynəlxalq olimpiadalarda tətbiq edilən TOP faiz və bal əsaslı qiymətləndirmə sisteminin iştirakçılar üçün daha anlaşılan formada əks olunmasına imkan yaradır.
Qeyd edək ki, yeni bölmə nəticələrin müqayisəli və detallı təhlilini asanlaşdırır, iştirakçılara öz göstəricilərini ümumi nəticələr fonunda qiymətləndirmək imkanı təqdim edir.