Azərbaycan Milli Komandası Olympiad USA final mərhələsi üçün yola düşüb
Azərbaycan Milli Komandası “Olympiad USA” beynəlxalq yarışmasının final mərhələsində iştirak etmək məqsədilə ABŞ-ın Florida ştatının Mayami şəhərinə yola düşüb. Milli komanda olimpiadanın finalında ölkəmizi beynəlxalq səviyyədə təmsil edəcək.
Final mərhələsində Azərbaycanı təmsil edən şagirdlər Bakı və müxtəlif regionlardan seçilərək yarışmada iştirak edəcəklər. Komanda üzvləri aşağıdakılardır: Aydan Zərbəliyeva, Royal Bayramlı, Selin Cəfərova, Dəniz Mikayılzadə, Rizvan Həsənzadə, Şərqiyyə İbrahimzadə, Eliana Məryəm Qasımova, Gülnaz Abdullazadə, Ayxan Musalı, Nigar Əhmədzadə, Nəzrin Əhmədzadə, Aliyə Kərimli, Zəhra Qurbanlı, Zeynəb Şabanova, Məryəm Ələkbərova, Fidan İbrahimzadə, Osman Əsədov, Sara İdrisova, Vahid Ələkbərli, Nazim Bababaylı, Toğrul Mirzəzadə, Zəhra Həsənli, Aysel Məmmədzadə, Nazlı Həbibulla, Fəxrəddin Cəlilov, Dəniz Gülməmmədova, Ayxan Hacılı, Mikayıl Seyidov, Zeyd Məmmədov, Səid Şahbazov, Lalə Abdullayeva, Şəms Heydərli, Mədinə Hüseynova, Hüseynağa Hüseynov, Banu Allahverdiyeva, Selin Səlimova, Aylin Əhmədli, Leyli Məmmədova, Ayxan Ağalı və Sona Cəfərli. Milli komanda Global Olympiad Center-dan Əli Mirzəyevin rəhbərliyi altında səfər edəcək.
Olimpiada proqramına əsasən açılış günündə Mayami Universitetinə kampus turu, rəsmi açılış mərasimi, Frost Science Museum-a ziyarət və hazırlıq sessiyaları keçiriləcək. 7 fevral tarixində əsas mərhələ olan “Olympiad USA” imtahanı, eləcə də şəhər turu və sosial proqramlar təşkil olunacaq. Final proqramı isə 8 fevral tarixində mükafatlandırma mərasimi ilə yekunlaşacaq.
Qeyd edək ki, “Olympiad USA” final mərhələsi akademik imtahanla yanaşı, beynəlxalq səviyyəli mükafatlandırma mərasimi, elmi və mədəni ekskursiyalar, şəhər turları və sosial proqramları da əhatə edir. Yarışma müxtəlif ölkələrdən olan şagirdlər arasında bilik mübadiləsinin genişlənməsinə və beynəlxalq təcrübənin artırılmasına xidmət edir.