- Brainiacs - Beynəlxalq İngilis dili Olimpiadasi
🗓 Tədbirin Tarixi:
14 FEVRAL 2026, 11:00
📍 Keçirilmə Məkanı:
Bakı Biznes Universiteti
❓ Kimlər iştirak edə bilər?
3-cü sinifdən 11-ci sinifə qədər hər kəs iştirak edə bilər
☎️ Təcili Əlaqə üçün Məsul Şəxs:
Ləman Əlizadə – Telefon: +994 50 224 51 40
📘 Olimpiada haqqında ümumi məlumat:
Dünyanın aparıcı ali təhsil müəssisələrindən biri olan Xiamen Universiteti Malayziya, beynəlxalq akademik mühitdə liderliyini qoruyaraq qlobal reytinqlərdə ilk 300-lükdə, Asiyada isə ilk 50 universitet arasında yer alır. Universitet, həm akademik üstünlüyü, həm də innovativ yanaşması ilə tanınır və gələcəyin liderlərini yetişdirmək üçün güclü baza təmin edir. Bu il Brainiacs Olimpiadası, Xiamen Universiteti Malayziyanın ev sahibliyi ilə həyata keçirilərək, gənclərin intellektual inkişafına xüsusi diqqət yetirir. Geniş təhsil imkanları ilə tanınan universitetin bu təşəbbüsü, beynəlxalq səviyyədə istedadların kəşfi və inkişafı üçün ideal platforma təmin edir. Olimpiada, iştirakçıları müxtəlif sahələrdə – riyaziyyat, kimya, biologiya, fizika və layihələr üzrə bilik və bacarıqlarını sərgiləməyə təşviq edərək onların yaradıcılıq və analitik düşüncə qabiliyyətlərini artırmağı qarşısına məqsəd qoyur. Xüsusilə Xiamen Universitetinin zəngin akademik mühiti, beynəlxalq standartlara uyğun infrastrukturu və təcrübəli müəllim heyəti ilə təmin etdiyi dəstək, Brainiacs Olimpiadasını daha fərqli və unikal edir. Malayziyada bu olimpiadanın keçirilməsi təkcə iştirakçılar üçün unikal bir təcrübə yaratmır, həm də qlobal təhsil və əməkdaşlıq üçün yeni körpülər qurur.
🧩 İmtahan strukturu və mərhələlər:
S\S | Kateqoriya adları | Əhatə etdiyi sinif | Sual sayı | Maksimal Bal | İmtahan müddəti |
|---|
1 | Kateqoriya 1 | 3-4 | 50 | 100 | 90 |
|---|
2 | Kateqoriya 2 | 5-6 | 50 | 100 | 90 |
|---|
3 | Kateqoriya 3 | 7-8 | 50 | 100 | 90 |
|---|
4 | Kateqoriya 4 | 9-10 | 50 | 100 | 90 |
|---|
5 | Kateqoriya 5 | 11-12 | 50 | 100 | 90 |
|---|
📊 Qiymətləndirmə meyarları:
Çətinlik səviyyələri:
Asan: 15 sual - 1 bal
Orta: 20 sual - 2 bal
Çətin: 15 sual - 3 bal
🏅 Mükafatlandırma:
İştirak sertifikatı, topladığı balların sayından asılı olmayaraq, ilkin turun bütün iştirakçılarına veriləcəkdir.
Qeyd: Final ilə bağlı suallarınız üçün +994503714280 - Əli Mirzəyev nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Finala Seçim
Seçim mərhələsində ən azı 40 bal nəticə göstərən iştirakçılar Qlobal mərhələyə vəsiqə qazanırlar. Bütün iştirakçılara İştirak Sertifikatı təqdim olunur.
İmtahana hazır olmaq üçün sillabus - https://drive.google.com/file/d/1UpvewvbbbkAtL_YvkCIN8To1jq9qHq7E/view?usp=sharing
İmtahana hazırlaşmaq üçün sual nümunələri - https://drive.google.com/drive/folders/1chCXLSAdBKc-jOMVlitbOrmPLAHLFEoy?usp=sharing
Qeyd ilk il olduğu üçün sual nümunələri İngiliscədir - növbəti ildə sualnumunələri Rus və Azərbaycancada olaacqdır.
📢 Nəticələrin elan olunması:
İmtahan günü, çoxvariantlı olimpiadalarda imtahandan3 gün ərzindənəticələr şəxsi kabinetdə görünəcəkdir. İştirakçılar öz ballarını, neçə doğru və yanlış cavab verdiklərini, hansı suallara düzgün və ya səhv cavab verdiklərini görə biləcəklər.
Nəticələr açıqlandıqdan sonra şəxsi kabinetdə Apellyasiya müraciəti aktivləşir. İştirakçılar burada öz ad, soyadlarını, kateqoriyalarını qeyd edir və hansı suallar üzrə şikayətləri varsa, sual nömrələrini yazırlar (məsələn, 4, 5, 7, 11, 25-ci suallar). Daha sonra şikayətlərinin səbəblərini ətraflı şəkildə izah etməlidirlər. Açıqlama bölməsində, şikayətin məzmunu, sualların hansı aspektinin düzgün hesab edilmədiyi və əlavə dəlillər varsa, onlar qeyd olunmalıdır. Bu, şikayətin daha dəqiq və ədalətli şəkildə dəyərləndirilməsinə kömək edir.
Qeyd: Olimpiadanın və ya yarışmanın öncədən təyin olunmuş gün və saatı dəyişmə halı Global Olympiad Center tərəfdə qalır. GOC ölkə ərazisində baş vermiş hər hansı bir böyük tədbir və yaxud da iştirakçı sayına görə imtahanın məkan və saatını dəyişə bilər.
📌 İmtahan qaydaları və nizam-intizam:
Nümayəndə sizə başla dediyi zaman:
Şagirdlərə heç bir elektron cihazdan istifadə etməyə icazə verilmir.
İmtahana başlamazdan öncə verilmiş kitabçanızla tanış olun. İmtahan başladıqdan sonra kitabçanın yanlış olaraq sizə verilməsi bildirdiyiniz halda qəbul edilməyəcək, bu məsuliyyəti şagird daşıyır.
Şagirdlər cavabları, cavab kartına əlavə etmək üçün diyircəkli göy qələmdən(ruçka) istifadə edə bilərlər.
Hər suala yalnız bir cavab verilməlidir. Birdən çox cavab verilən sual səhv cavab kimi dəyərləndirilir.
Şagirdlər hər hansı bir məsələnin mənası və yaxud sualın məğzi ilə bağlı otaq nümayəndəsindən soruşa bilməzlər.
Şagirdlər imtahan zamanı heç bir yardım göstərməməli və ya almamalıdırlar. Hər hansı bir fırıldaqçılıq, başqalarına fırıldaqçılıqda kömək etmək, bu və ya bu cür uyğun olmayan davranışlara cəlb etmək ciddi pozuntudur və bir qayda olaraq diskvalifikasiyaya (xaric edilmə) səbəb olur.
Şagirdlər bir-birindən ləvazimat istəyə bilməzlər. Yalnız öz qələm, silgi və digər vasitələrinizdən istifadə etməlisiniz.
İlk 30 dəqiqə ərzində imtahan zalından çıxmaq qadağandır. Zalı tərk edənlər yenidən imtahana buraxılmayacaqlar.
İmtahan zalını tərk etməzdən əvvəl cavab kağızınızı nəzarətçiyə təhvil verməyi unutmayın.
İmtahan sualları sizə öncədən təqdim olunmuş sillabuslar əsasında hazırlanmışdır.
Sizə verilmiş iş nömrənizi və ad soyadınızı cavab kartına düzgün şəkildə daxil edin. Əks halda cavablar açıqlananda düzgün olmayan nəticələrlə rastlaşa bilərsiniz. Bundan sadəcə şagird cavabdehdir.
💳 Geri ödəniş prosesi haqqında:
Geri Ödəniş Siyasəti:
Sağlamlıq problemləri ilə bağlı tibbi arayış təqdim edildikdə.
Fövqəladə hallar və ya təbii fəlakətlər səbəbindən iştirakın mümkünsüz olduğu hallar.
Final haqqında məlumat üçün goc.edu.az saytına daxil olun, olimpiadalar bölməsində digər xananı seçib olimpiadanın adının üzərinə kilikləyib. Final haqqında məlumatları ala bilərsiniz.