Einstein Olympiad 2025-2026
Tədbirin Tarixi:
16 May 2026, 14:00
📍 Keçirilmə Məkanı:
❓ Kimlər iştirak edə bilər?
1-ci sinifdən 11-ci sinifə qədər hər kəs iştirak edə bilər
☎️ Təcili Əlaqə üçün Məsul Şəxs:
Ləman Əlizadə – Telefon: +994 50 224 51 40
Einstein Olympiad haqqında
Einstein Olympiad — dünya şöhrətli alim Albert Eynşteynin xatirəsinə həsr olunmuş beynəlxalq elmi olimpiadadır. Yarışmanın əsas məqsədi şagirdlərdə elmi düşüncə, analitik təfəkkür və yaradıcılıq bacarıqlarını inkişaf etdirmək, onları gələcəyin yenilikçi və tədqiqat yönümlü liderlərinə çevirməkdir.
Olimpiada Almaniya mənşəlidir və Eynşteynin elmi fəaliyyət göstərdiyi ölkə olaraq Almaniyanın aparıcı universitetlərinin və elmi mərkəzlərinin dəstəyi ilə keçirilir. Hər il olimpiadanın beynəlxalq final mərhələsi Almaniyada təşkil olunur və dünyanın müxtəlif ölkələrindən seçilmiş istedadlı şagirdlər burada bir araya gəlir.
2025–2026-cı tədris ilində Einstein Olympiad iki istiqamət üzrə keçiriləcək:
Riyaziyyat (Mathematics)
Elm (Science)
Yüksək nəticə göstərən iştirakçılar beynəlxalq səviyyədə qızıl, gümüş və bürünc medallarla, həmçinin fərqlənmə sertifikatları ilə mükafatlandırılacaq.
🎯 Tədbirin məqsədi və təhsil fəlsəfəsi
Einstein Olympiad, Avropa təhsil dəyərlərini dünyaya yaymaq, şagirdlər arasında sağlam rəqabət və elmi əməkdaşlıq mühiti formalaşdırmaq, eyni zamanda Albert Eynşteynin elmi irsini və humanist baxışlarını gənc nəsillərə çatdırmaq məqsədi daşıyır.
Bu məqsədlə olimpiadanın inkişaf modeli yaş səviyyələrinə görə fərqli yanaşmalar üzərində qurulub:
👶 İbtidai siniflər üçün: Motivasiya və maraq mərhələsi
Təhsil psixoloqları Jean Piaget və Lev Vygotsky-nin inkişaf nəzəriyyələrinə əsasən, ibtidai yaş dövrü uşaqlarda öyrənməyə emosional motivasiyanın formalaşdığı mərhələdir. Buna görə də Einstein Olympiad bu yaş qrupunda maraq və inam yaratmaq, öyrənməni əyləncəli və müsbət təcrübə kimi təqdim etmək məqsədi daşıyır.
Müsabiqə sualları daha çox məntiq, müşahidə və sadə analiz bacarıqlarını ölçür və şagirdlərdə “Mən də bacara bilərəm!” duyğusunu gücləndirir.
Mənbə: Piaget, J. (1952). The Origins of Intelligence in Children.; Vygotsky, L. (1978). Mind in Society.
🧭 Orta siniflər üçün: Tədqiqat və düşüncə mərhələsi
Orta məktəb dövrü elmi marağın və fərdi təfəkkürün formalaşdığı əsas mərhələ hesab olunur. Psixoloq Jerome Bruner və pedaqoq John Dewey-in tədqiqatlarına görə, bu yaşda uşaqlar artıq “nəyə görə?” və “necə?” suallarını verməyə başlayır, yəni düşünmə aktı dərinləşir.
Einstein Olympiad bu mərhələdə riyazi və elmi düşüncə sistemini, səbəb-nəticə əlaqələrinin qavranılmasını və tənqidi analiz bacarıqlarını inkişaf etdirməyə yönəlir.
Mənbə: Bruner, J. (1961). The Act of Discovery.; Dewey, J. (1938). Experience and Education.
🎓 Yuxarı siniflər üçün: Akademik inkişaf və gələcək karyera mərhələsi
Yuxarı sinif şagirdləri üçün yarışma yalnız olimpiada deyil, həm də universitet qəbuluna hazırlıq və elmi portfolionun genişləndirilməsi imkanıdır.
Təhsil tədqiqatçısı Howard Gardner (Multiple Intelligences Theory) qeyd edir ki, bu yaşda fərdlərin intellektual üstünlükləri və maraq istiqamətləri aydınlaşır; buna görə Einstein Olympiad bu potensialı akademik layihələr və problem həlli tapşırıqları ilə stimullaşdırır.
Proqram eyni zamanda STEM (Science, Technology, Engineering, Mathematics) yönümlü təhsilə dəstək verir və beynəlxalq universitetlərə inteqrasiya üçün baza yaradır.
Mənbə: Gardner, H. (1983). Frames of Mind: The Theory of Multiple Intelligences.; OECD (2024). Education for 21st Century Skills.
Azərbaycan üzrə rəsmi nümayəndəlik və təşkilatçılıq funksiyasını Global Olympiad Center (GOC) həyata keçirir.
🧩 İmtahan Strukturu və Mərhələlər
Mərhələ sayı: 2 (Seçim və Final mərhələsi)
Seçim mərhələsi: Azərbaycan
Final mərhələsi: Almaniya, Berlin
Final tarixi: 5–11 oktyabr 2026
Sual növləri: Çoxvariantlı (Multiple Choice)
Keçirilmə formatı: Sinif üzrə (1–11-ci siniflər)
Keçirilmə dilləri: Azərbaycan, Rus və İngilis dillərində
📘 Elm (Natural Science)
Sinif | Sual sayı | Hər sualın balı | Maksimum bal | İmtahan müddəti (dəq.) | İmtahan forması |
3–11 | 25 | 4 | 100 | 90 | Çoxvariantlı (Multiple Choice) |
Məqsəd: Şagirdlərin məntiqi düşüncə, analitik təhlil, hesablama və problem həlli bacarıqlarını ölçmək.
Material: Yaşa uyğunlaşdırılmış beynəlxalq tipli tapşırıqlar.
📊 Qiymətləndirmə Meyarları
Hər düzgün cavab: +4 bal
Hər səhv cavab: −1 bal
Cavabsız sual: 0 bal
Maksimum nəticə: 100 bal
Qiymətləndirmə: Einstein Olympiad beynəlxalq qiymətləndirmə sisteminə əsasən avtomatik aparılır.
🏅 Qualification Thresholds for the Final
Bal Aralığı | Mükafat səviyyəsi | Status |
91–100 | 🥇 Gold | Finala vəsiqə |
75–90 | 🥈 Silver | Finala vəsiqə |
50–74 | 🥉 Bronze | Finala vəsiqə |
40–49 | 🎖 Honorable Mention | Finala vəsiqə |
1–39 | Participation | Finala vəsiqə yoxdur |
Qeyd:
Bütün nəticələr beynəlxalq sistemdə təsdiqlənir və sertifikatlar Almaniyadakı Einstein Olympiad Komitəsi tərəfindən rəsmən verilir.
🔬 Science Fənni üzrə Ümumi Məlumat
Hörmətli valideyn,
Einstein Olympiad-ın Science bölməsində övladınız iştirak edərkən, aşağıda göstərilən əsas mövzu istiqamətləri üzrə bilik və bacarıqlara malik olması vacibdir. Bu olimpiadanın məqsədi yalnız nəzəri məlumatı yoxlamaq deyil, həm də şagirdlərin elmi düşünmə, müşahidə, analiz və tətbiqetmə qabiliyyətlərini inkişaf etdirməkdir.
Belə ki, Science fənni üzrə suallar şagirdin yaş səviyyəsinə uyğun olaraq hazırlanır və hər sinif üçün tədris səviyyəsinə uyğun anlayışları əhatə edir:
3–4-cü siniflərdə övladınız əsasən canlı və cansız təbiət, insan bədəni, bitkilər və heyvanlar, su dövranı, hava, işıq, səs, qüvvə və ətraf mühit kimi mövzuları bilməlidir.
Bu mərhələdə məqsəd uşaqlarda elmi maraq, müşahidə və sadə səbəb-nəticə əlaqələrini anlama bacarığını formalaşdırmaqdır.
5–6-cı siniflərdə artıq enerji formaları, qüvvə, maddələrin vəziyyəti, təbiət tarazlığı, insan orqanizmi, ekosistemlər və günəş sistemi kimi anlayışlara diqqət yetirilir.
Bu səviyyədə əsas məqsəd elmi hadisələri gündəlik həyatla əlaqələndirmək və müşahidələrdən nəticə çıxarmağı öyrənməkdir.
7–8-ci siniflərdə şagirdlər istilik, işıq, elektrik, atom və maddə quruluşu, canlı orqanizmlərin fiziologiyası və bioloji sistemlər üzrə anlayışlara malik olmalıdır.
Bu mərhələdə qiymətləndirmə analitik düşüncə, elmi terminləri düzgün başa düşmək və səbəb-nəticə əlaqələri qurmaq üzərində aparılır.
9–10-cu siniflərdə övladınız artıq fizika, kimya və biologiya biliklərini tətbiq etməyi bacarmalıdır. Proqramda enerji, hərəkət, elektrik və maqnetizm, atom və molekullar, kimyəvi reaksiyalar, hüceyrə quruluşu və metabolizm kimi mövzular yer alır.
Məqsəd — elmi bilikləri müxtəlif situasiyalarda tətbiq etmək və kompleks düşünmə bacarığını inkişaf etdirməkdir.
11-ci sinifdə şagirdlər elmi fənlər arasında inteqrasiya və əlaqə qurmağa fokuslanır. Mövzulara nüvə və kvant fizikası, kimyəvi bağlar, orqanik və inorqanik birləşmələr, enerji ötürülməsi, hüceyrə bölünməsi, ekosistemlərin qorunması və insan orqanizmi sistemləri daxildir.
Bu səviyyədə qiymətləndirmə tənqidi düşüncə, elmi məntiq və qlobal elmi problemlərin analizi üzərində aparılır.
📢 Nəticələrin elan olunması:
İştirakçılar ödəniş etdikdən sonra şəxsi kabinetlərinə daxil olurlar. İmtahandan 1 həftə öncə şəxsi kabinetdə imtahan məkanı və vaxtı görünəcəkdir. İştirakçılar mütəmadi olaraq bunu yoxlamalıdırlar.
İmtahan günü, çoxvariantlı olimpiadalarda imtahandan3 gün ərzindənəticələr şəxsi kabinetdə görünəcəkdir. İştirakçılar öz ballarını, neçə doğru və yanlış cavab verdiklərini, hansı suallara düzgün və ya səhv cavab verdiklərini görə biləcəklər.
Nəticələr açıqlandıqdan sonra şəxsi kabinetdə Apellyasiya müraciəti aktivləşir. İştirakçılar burada öz ad, soyadlarını, kateqoriyalarını qeyd edir və hansı suallar üzrə şikayətləri varsa, sual nömrələrini yazırlar (məsələn, 4, 5, 7, 11, 25-ci suallar). Daha sonra şikayətlərinin səbəblərini ətraflı şəkildə izah etməlidirlər. Açıqlama bölməsində, şikayətin məzmunu, sualların hansı aspektinin düzgün hesab edilmədiyi və əlavə dəlillər varsa, onlar qeyd olunmalıdır. Bu, şikayətin daha dəqiq və ədalətli şəkildə dəyərləndirilməsinə kömək edir.
Apellyasiya prosesi 24 saat, bəzən isə 12 saat ərzində aktiv olur. Bu müddət bitdikdən sonra ekspert heyəti sualları nəzərdən keçirir və şikayətlərin nə qədər doğru və ya yanlış olduğunu müəyyənləşdirir. Buna uyğun olaraq qərarlar qəbul edilir və nəticələrdə əks olunur.
Apellyasiya prosesi bitdikdən sonra, nəticələr yenidən açıqlanır və iştirakçıların hansı medalı qazandığı sistemdə görünür. Bundan sonra mükafatlandırma mərasimi haqqında məlumat şəxsi kabinetdə təqdim olunur.
Mükafatlandırma mərasimi günü medal alan şəxslər medallarını və sertifikatlarını yalnız mərasimdə ala bilərlər. Mərasimdə iştirak etməyənlər isə medallarını həmin həftə ərzində ofisdən ala bilərlər. Sertifikatlar onlayn olaraq şəxsi kabinetdə mövcud olacaq.
Qeyd: Olimpiadanın və ya yarışmanın öncədən təyin olunmuş gün və saatı dəyişmə halı Global Olympiad Center tərəfdə qalır. GOC ölkə ərazisində baş vermiş hər hansı bir böyük tədbir və yaxud da iştirakçı sayına görə imtahanın məkan və saatını dəyişə bilər.
📌 İmtahan qaydaları və nizam-intizam:
Nümayəndə sizə başla dediyi zaman:
Şagirdlərə heç bir elektron cihazdan istifadə etməyə icazə verilmir.
İmtahana başlamazdan öncə verilmiş kitabçanızla tanış olun. İmtahan başladıqdan sonra kitabçanın yanlış olaraq sizə verilməsi bildirdiyiniz halda qəbul edilməyəcək, bu məsuliyyəti şagird daşıyır.
Şagirdlər cavabları, cavab kartına əlavə etmək üçün diyircəkli göy qələmdən(ruçka) istifadə edə bilərlər.
Hər suala yalnız bir cavab verilməlidir. Birdən çox cavab verilən sual səhv cavab kimi dəyərləndirilir.
Şagirdlər hər hansı bir məsələnin mənası və yaxud sualın məğzi ilə bağlı otaq nümayəndəsindən soruşa bilməzlər.
Şagirdlər imtahan zamanı heç bir yardım göstərməməli və ya almamalıdırlar. Hər hansı bir fırıldaqçılıq, başqalarına fırıldaqçılıqda kömək etmək, bu və ya bu cür uyğun olmayan davranışlara cəlb etmək ciddi pozuntudur və bir qayda olaraq diskvalifikasiyaya (xaric edilmə) səbəb olur.
Şagirdlər bir-birindən ləvazimat istəyə bilməzlər. Yalnız öz qələm, silgi və digər vasitələrinizdən istifadə etməlisiniz.
İlk 30 dəqiqə ərzində imtahan zalından çıxmaq qadağandır. Zalı tərk edənlər yenidən imtahana buraxılmayacaqlar.
İmtahan zalını tərk etməzdən əvvəl cavab kağızınızı nəzarətçiyə təhvil verməyi unutmayın.
İmtahan sualları sizə öncədən təqdim olunmuş sillabuslar əsasında hazırlanmışdır.
Sizə verilmiş iş nömrənizi və ad soyadınızı cavab kartına düzgün şəkildə daxil edin. Əks halda cavablar açıqlananda düzgün olmayan nəticələrlə rastlaşa bilərsiniz. Bundan sadəcə şagird cavabdehdir.
💳 Geri ödəniş prosesi haqqında:
Geri Ödəniş Siyasəti:
Sağlamlıq problemləri ilə bağlı tibbi arayış təqdim edildikdə.
Fövqəladə hallar və ya təbii fəlakətlər səbəbindən iştirakın mümkünsüz olduğu hallar.
Geri ödəniş tələbi etmək üçün valideynlər rəsmi olaraq yazılı şəkildə müraciət etməlidirlər. Müraciətə səbəb göstərilməli və müvafiq sənədlər əlavə edilməlidir
Geri ödəniş tələbini [email protected] elektron poçt ünvanına göndərməklə edə bilərsiniz.
Geri ödəniş tələbləri yalnız olimpiadanın başlanğıcından əvvəl (yuxarıda deyilən iki hal üzrə) verilə bilər. Olimpiadanın başlamasından sonra heç bir geri ödəniş tələbi qəbul olunmayacaq.
Geri ödəniş üçün müraciət edən valideynlər olimpiadanın başlanğıcına ən azı 5 iş günü qalmış yazılı bildiriş verməlidirlər. Bu müddətə riayət edilmədikdə, geri ödəniş tələbləri qəbul olunmayacaq.
Qəbul edilmiş geri ödəniş tələbləri, müraciətin təsdiqləndiyi tarixdən etibarən 30 iş günü ərzində həyata keçiriləcək.
❓ Nümunə suallar və silabuslar:
Suallara baxmaq üçün və sillabusla tanış olmaq üçün linkə tıklayın:
Sual nümunələri və sillabusu: https://drive.google.com/drive/folders/1GV9uxsKKA_n0AnYjt-bkfxbO0y64z3qq?usp=sharing