IMC - International Math Challange
🗓 Tədbirin Tarixi:
16 noyabr 2025, 11:00
📍 Keçirilmə Məkanı:
❓ Kimlər iştirak edə bilər?
1-ci sinifdən 11-ci sinifə qədər hər kəs iştirak edə bilər
☎️ Təcili Əlaqə üçün Məsul Şəxs:
Ləman Əlizadə – Telefon: +994 50 224 51 40
📘 Olimpiada haqqında ümumi məlumat:
IMC – Beynəlxalq Riyaziyyat Yarışması
Rəqəmlərin arxasında dayanan düşüncənin səviyyəsi
Beynəlxalq Riyaziyyat Yarışması (IMC), qlobal miqyasda riyaziyyat sahəsindəki parlaq bacarıqları üzə çıxaran nüfuzlu bir platformadır. 2012-ci ildən bu yana keçirilən bu yarışma, 140-dan çox ölkədən minlərlə şagirdi bir araya gətirərək riyaziyyatın yalnız riyazi düsturlar deyil, düşünmə mədəniyyəti olduğunu sübut edir.
IMC şagirdlərə fərqli yaş qruplarında riyazi düşünmə, məntiqi yanaşma və kompleks problemlərin həllində öz güclərini sınamaq imkanı yaradır. Hər il bu beynəlxalq yarışma vasitəsilə müxtəlif ölkələrdən yüzlərlə şagird dünyanın prestijli universitetləri tərəfindən tanınır və təqaüd imkanı qazanır.
2024-cü ildə Azərbaycan IMC-də ən çox iştirak edən ilk 3 ölkədən biri kimi tanınıb. Eyni ildə 21 azərbaycanlı şagird bu nüfuzlu yarışma vasitəsilə beynəlxalq təqaüdlərə layiq görülüb. Bu göstərici təkcə uğurun deyil, həm də ölkəmizin riyaziyyat təhsilinə verdiyi önəmin bariz nümunəsidir.
IMC yarışması Azərbaycan, İngilis və Rus dillərində keçirilir və şagirdlərə həm öz biliklərini sərgiləmək, həm də qlobal səviyyədə tanınmaq fürsəti təqdim edir. Burada yalnız doğru cavablar deyil, düşüncə tərzi qiymətləndirilir.
IMC – sadəcə bir yarış deyil. Bu, gələcəyin alimləri və düşüncə liderləri üçün atılan ilk addım, riyaziyyatın universal dilində bir tanınma mərhələsidir.
🧩 İmtahan strukturu və mərhələlər:
S\S | Kateqoriya adları | Əhatə etdiyi sinif | Sual sayı | İmtahan müddəti | Maximum bal |
|---|
1 | Kateqoriya Kids | 1-2 | 25 | 60 | 75 |
|---|
2 | Kateqoriya 1 | 3-4 | 30 | 70 | 90 |
|---|
3 | Kateqoriya 2 | 5-6 | 30 | 70 | 90 |
|---|
4 | Kateqoriya 3 | 7-8 | 30 | 70 | 90 |
|---|
5 | Kateqoriya 4 | 9-10 | 30 | 70 | 90 |
|---|
6 | Kateqoriya 5 | 11 | 30 | 70 | 90 |
|---|
📊 Qiymətləndirmə meyarları:
Yazılmayan suallara verilən bal və ya silinən bal: 0 bal
🏅 Mükafatlandırma:
Sertifikatlar və Mükafatlar
İlk 10%: Qızıl
11%-dən 25%-ə qədər: Gümüş
26%-dən 45%-ə qədər: Bürünc
5 baldan yuxarı toplam net bal toplayan bütün iştirakçılar “Honorable - Fəxri Fərman” alacaqlar.
Bütün iştirakçılar rəqəmsal iştirakçı sertifikatı alacaqlar.
Bütün məktəblər və mentorlar rəqəmsal sertifikat alacaqlar.
Medallar və Mükafatlar - Seçim turu.
Hər kateqoriyadan dünya üzrə ilk 3 şagird xüsusi təltif olunacaq.
Hər kateqoriyada birinci yerin qalibi iPad Air qazanacaq. (dünya retinqdə 1 nəfər)
Hər kateqoriyada ikinci yerləri tutan üç tələbə iPad Gen 9 qazanacaq. (dünya retinqdə sonrakı 3 nəfər)
Hər kateqoriyada üçüncü yerləri tutan dörd tələbə Galaxy Tab A7 Lite qazanacaq.(dünya retinqdə sonrakı 4 nəfər)
Tərəfdaş universitetlər Kateqoriya 5-da yarışın qaliblərinə təqaüdlər təqdim edəcəklər.
North American University, ABŞ
Qızıl qaliblərə 88,000 dollar, gümüş qaliblərə 80,000 dollar, bürünc qaliblərə isə 60,000 dollar dəyərində dörd illik təqaüd təqdim edir.
Süleyman Dəmirəl Universiteti, Qazaxıstan
Ala-Too Beynəlxalq Universiteti, Qırğızıstan
Vistula Universiteti, Polşa
Paragon Beynəlxalq Universiteti, Kamboca
Woosong Universiteti, Cənubi Koreya
Qeyd: Final ilə bağlı suallarınız üçün “+994503714280 - Əli Mirzəyev“ nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
📢 Nəticələrin elan olunması:
İmtahan günü, çoxvariantlı olimpiadalarda imtahandan3 gün ərzindənəticələr şəxsi kabinetdə görünəcəkdir. İştirakçılar öz ballarını, neçə doğru və yanlış cavab verdiklərini, hansı suallara düzgün və ya səhv cavab verdiklərini görə biləcəklər.
Nəticələr açıqlandıqdan sonra şəxsi kabinetdə Apellyasiya müraciəti aktivləşir. İştirakçılar burada öz ad, soyadlarını, kateqoriyalarını qeyd edir və hansı suallar üzrə şikayətləri varsa, sual nömrələrini yazırlar (məsələn, 4, 5, 7, 11, 25-ci suallar). Daha sonra şikayətlərinin səbəblərini ətraflı şəkildə izah etməlidirlər. Açıqlama bölməsində, şikayətin məzmunu, sualların hansı aspektinin düzgün hesab edilmədiyi və əlavə dəlillər varsa, onlar qeyd olunmalıdır. Bu, şikayətin daha dəqiq və ədalətli şəkildə dəyərləndirilməsinə kömək edir.
Qeyd: Olimpiadanın və ya yarışmanın öncədən təyin olunmuş gün və saatı dəyişmə halı Global Olympiad Center tərəfdə qalır. GOC ölkə ərazisində baş vermiş hər hansı bir böyük tədbir və yaxud da iştirakçı sayına görə imtahanın məkan və saatını dəyişə bilər.
📌 İmtahan qaydaları və nizam-intizam:
Nümayəndə sizə başla dediyi zaman:
Şagirdlərə heç bir elektron cihazdan istifadə etməyə icazə verilmir.
İmtahana başlamazdan öncə verilmiş kitabçanızla tanış olun. İmtahan başladıqdan sonra kitabçanın yanlış olaraq sizə verilməsi bildirdiyiniz halda qəbul edilməyəcək, bu məsuliyyəti şagird daşıyır.
Şagirdlər cavabları, cavab kartına əlavə etmək üçün diyircəkli göy qələmdən(ruçka) istifadə edə bilərlər.
Hər suala yalnız bir cavab verilməlidir. Birdən çox cavab verilən sual səhv cavab kimi dəyərləndirilir.
Şagirdlər hər hansı bir məsələnin mənası və yaxud sualın məğzi ilə bağlı otaq nümayəndəsindən soruşa bilməzlər.
Şagirdlər imtahan zamanı heç bir yardım göstərməməli və ya almamalıdırlar. Hər hansı bir fırıldaqçılıq, başqalarına fırıldaqçılıqda kömək etmək, bu və ya bu cür uyğun olmayan davranışlara cəlb etmək ciddi pozuntudur və bir qayda olaraq diskvalifikasiyaya (xaric edilmə) səbəb olur.
Şagirdlər bir-birindən ləvazimat istəyə bilməzlər. Yalnız öz qələm, silgi və digər vasitələrinizdən istifadə etməlisiniz.
İlk 30 dəqiqə ərzində imtahan zalından çıxmaq qadağandır. Zalı tərk edənlər yenidən imtahana buraxılmayacaqlar.
İmtahan zalını tərk etməzdən əvvəl cavab kağızınızı nəzarətçiyə təhvil verməyi unutmayın.
İmtahan sualları sizə öncədən təqdim olunmuş sillabuslar əsasında hazırlanmışdır.
Sizə verilmiş iş nömrənizi və ad soyadınızı cavab kartına düzgün şəkildə daxil edin. Əks halda cavablar açıqlananda düzgün olmayan nəticələrlə rastlaşa bilərsiniz. Bundan sadəcə şagird cavabdehdir.
💳 Geri Ödəniş Siyasəti
Qəti Qayda:
Ödənişlər geri qaytarılmır.
Ödəniş tamamlandıqdan sonra iştirak haqqı geri tələb edilə bilməz və heç bir formada nağd vəsaitin geri qaytarılması həyata keçirilmir.
Xüsusi hallar:
Yalnız əsaslı və sənədlə təsdiqlənmiş səbəblər olduqda (məsələn, tibbi arayış, ailəvi fövqəladə vəziyyət və s.) təşkilatçı tərəfindən qərar verilərək, iştirakçının ödənişi başqa imtahan və ya tədbirə transfer edilə bilər.
Bu dəyişiklik yalnız rəsmi müraciət və təşkilatçı təsdiqindən sonra qüvvəyə minir.
Qeyd:
Tədbirin təxirə salınması və ya ləğvi təşkilatçı tərəfindən həyata keçirilərsə, müvafiq qaydada alternativ tarix və ya yeni tədbir seçimi təklif olunur.