Qeydiyyat mərhələsinin başa çatmasından sonra GOC könüllü proqramı üzrə müsahibələr təşkil olunmuşdur. Müsahibələr 10 gün ərzində həm onlayn, həm də əyani formada intensiv şəkildə aparılmışdır.
Müraciətçilər əvvəlcədən müəyyən edilmiş meyarlara əsasən dəyərləndirilmişdir. Bu meyarlar arasında ünsiyyət bacarığı, məsuliyyətlilik, komanda ruhu, motivasiya və təşkilatçılıq keyfiyyətləri əsas yer tutmuşdur.
Seçim prosesi göstərdi ki, könüllülük hərəkatına qoşulmaq istəyən gənclərin motivasiyası olduqca yüksəkdir. Təhsil pilləsinə görə bölgü də bunu təsdiqləyir: müraciətçilərin böyük hissəsi bakalavr tələbələri olsa da, məktəblilərdən və magistrlərdən də kifayət qədər müraciət qəbul olunmuşdur.
GOC-un həyata keçirdiyi bu proses yalnız könüllülük platforması deyil, həm də gənclərin öz potensialını üzə çıxarması, peşəkar bacarıqlarını inkişaf etdirməsi və gələcək karyerası üçün güclü zəmin hazırlamasıdır.