GOC Könüllü Proqramının Müsahibə Nəticələri Açıqlandı!

GOC Könüllü Proqramının Müsahibə Nəticələri Açıqlandı!

2025–2026-cı tədris mövsümü ilə əlaqədar olaraq Global Olympiad Center (GOC) tərəfindən təşkil edilən GOC Könüllü Proqramının nəticələri elan olunub. Proqrama ümumilikdə 1400-dən çox şəxs müraciət edib. 10 gün ərzində keçirilən müsahibə mərhələsi həm onlayn, həm də əyani formatda təşkil olunub.

Müsahibələr zamanı namizədlərin yalnız akademik bilikləri deyil, həm də analitik düşüncə tərzi, problem həll etmə qabiliyyəti, ünsiyyət və təqdimat bacarıqları qiymətləndirilib. Bununla yanaşı, iştirakçıların komanda işi və liderlik potensialı, motivasiya və gələcək hədəfləri də nəzərə alınıb.

Qiymətləndirmə prosesində gənclərin özünüifadə bacarığı, stresə davamlılığı və yeni situasiyalara tez uyğunlaşma imkanları xüsusi diqqətlə izlənilib.

Müsahibə mərhələsinin nəticələrinə əsasən GOC KönüllüləriTeam Leaderlər müəyyən olunub. Team Leaderlər GOC tərəfindən təşkil olunan tədbirlərin elan edilməsi və koordinasiyasında əsas rol oynayacaq. Könüllülər isə müxtəlif layihə və olimpiadaların həyata keçirilməsində birbaşa iştirak edəcəklər.

Global Olympiad Center (GOC) seçilmiş könüllü və team leaderlərə müxtəlif imkanlar təqdim edəcək. Onlar GOC-un təşkil edəcəyi beynəlxalq olimpiadalar, tədbirlər və layihələrdə bilavasitə iştirak edərək həm təcrübə qazanacaq, həm də gələcək təhsil və karyera həyatlarına dəyərli töhfə verəcəklər.

Nəticənizi öyrənmək üçün aşağıdakı linkə keçid edin:

https://bit.ly/3UKqfMQ