Dünyanın aparıcı ali təhsil müəssisələrindən biri olan Malayziya Xiamen Universiteti beynəlxalq akademik sahədə liderliyini qoruyub saxlayır və qlobal reytinqlərdə ilk 300 universitet, Asiyanın ən yaxşı 50 universiteti arasındadır. Universitet akademik mükəmməlliyi və innovativ yanaşması ilə tanınır, gələcək liderlərin inkişafı üçün möhkəm zəmin yaradır.
Bu il Brainiacs Olimpiadasına Malayziyanın Xiamen Universiteti ev sahibliyi edir və gənclərin intellektual inkişafına xüsusi önəm verir. Geniş təhsil imkanları ilə tanınan universitetin bu təşəbbüsü beynəlxalq səviyyədə istedadların üzə çıxarılması və inkişafı üçün ideal platforma təklif edir. Olimpiada iştirakçıları riyaziyyat, kimya, biologiya, fizika və layihə kateqoriyaları üzrə bilik və bacarıqlarını nümayiş etdirməyə həvəsləndirmək yolu ilə onların yaradıcılıq və analitik düşünmə qabiliyyətlərini təkmilləşdirmək məqsədi daşıyır.
Xüsusilə, zəngin akademik mühiti, beynəlxalq standartlara uyğun infrastrukturu və təcrübəli akademik heyəti ilə Xiamen Universitetinin verdiyi dəstək Brainiacs Olimpiadasını daha fərqli və xüsusi edir. Malayziyada keçirilən bu Olimpiada iştirakçılara unikal təcrübə təqdim etməklə yanaşı, qlobal təhsil və əməkdaşlıq üçün yeni körpülər qurur.
Olimpiadanın məqsədi:
- İştirakçıların beynəlxalq səviyyədə rəqabət aparmaq bacarıqlarını artırmaq;
- Gənclərin müxtəlif sahələr üzrə biliklərini artırmaq və yaradıcı təfəkkür bacarıqlarını gücləndirmək;
- Beynəlxalq təhsil imkanlarından yararlanmaq və dünya şöhrətli universitetlə əlaqələr qurmaq.
Malayziyanın Xiamen Universitetinin Brainiacs Olimpiadasına ev sahibliyi etməsi gənclər üçün akademik yarış olmaqla yanaşı, həm də onların gələcək uğurlarına yol açacaq mühüm addım olacaq. Bu təşəbbüs tələbələrə təhsil vasitəsilə geniş perspektiv təqdim edir və onların beynəlxalq səviyyədə tanınmasını təmin edir.
Seçim turu yalnız bir turdan ibarətdir: Seçim turları bir dəfə keçirilir və hər ölkənin rəsmi nümayəndələri tərəfindən təşkil olunur.
İmtahan Formatı: İmtahan əyani formatda keçirilir və iştirakçılar biliklərini kağız üzərində nümayiş etdirirlər.
İmtahan Müddəti: 75 dəqiqə. İştirakçılar bu müddət ərzində müxtəlif çətinlik səviyyələrinə uyğun sualları cavablandırmalıdır:
Asan: 5 sual (+4 bal)
Orta: 10 sual (+5 bal)
Çətin: 5 sual (+6 bal)
Yerli Təşkilatçılıq: Ölkə nümayəndələri imtahanın ədalətli və peşəkar keçirilməsini təmin edir və nəticələri aidiyyəti komitəyə təqdim edirlər.
Biologiya, Kimya, Fizika üzrə kateqoriyalar aşağıdakı formadadır:
S\S | KATEQORİYA | SİNİF |
1 | Kateqoriya 1 | 7-8 |
2 | Kateqoriya 2 | 9-10 |
3 | Kateqoriya 3 | 11 |
İmtahan tarixləri:
S\S | Fənn | Tarix | Saat |
1 | Riyaziyyat | 15.03.2026 | 11:00 |
2 | Biologiya | 15.03.2026 | 14:00 |
3 | Kimya | 15.03.2026 | 14:00 |
4 | Fizika | 15.03.2026 | 14:00 |
Mükafatlar
Seçim turunda topladıqları bala uyğun olaraq mükafatlandırılırlar:
Qızıl Medal 🥇: 90-100 bal nəticə.
Gümüş Medal 🥈: 75-89 bal nəticə.
Bürünc Medal 🥉: 50-74 bal nəticə.
Fəxri Fərman 🏅: 40-49 bal nəticə.